Arxiv
17 Noyabr 2019, 10:51 | AKTUAL
Akademik Əhliman Əmiraslanovun doğum günüdür

17 noyabr tarixi Milli Məclisin üzvü, dünya şöhrətli alim, akademik Əhliman Əmiraslanovun doğum günüdür.


Modern.az-ın məlumatına görə, Azərbaycan Respublikası Milli Məclisinin Səhiyyə Komitəsinin sədri, SSRİ Dövlət Mükafatı Laureatı, Azərbaycan Milli Elmlər Akademiyasının və Polşa Tibb Elmləri Akademiyasının həqiqi üzvü, Rusiya Elmlər Akademiyasının xarici üzvü, Azərbaycan Milli Elmlər Akademiyasının Bilogiya və Tibb elmləri Bölməsinin akademik-katibi, SSRİ Tibb Elmləri Akademiyasının аkademik N.N.Petrov аdına mükafatı laureatı, Rusiya Tibb Elmləri Akademiyasinin N.N. Bloxin adına qızıl medalının təltifçisi, Polşa Tibb Elmləri Akademiyasının Albert Şvayster mükafatı laureatı, dünyanın bir çox nüfuzlu elmi assosiasiya və cəmiyyətlərinin üzvü və ali məktəblərinin fəxri doktoru, “Şərəf” və “Şöhrət” ordenli, akademik Əhliman Tapdıq oğlu Əmiraslanov 17 noyabr 1947-ci il tarixində dünyaya gəlib.

 

Akademik Əhliman Əmiraslanovun onkologiyanın müxtəlif sahələrinə dair apardığı çoxşaxəli sanballı elmi-tədqiqat işləri və aldığı uğurlu nəticələr ona dünya şöhrəti qazandırıb.

Sümük şişlərinin kompleks müalicə üsullarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi istiqamətində apardığı elmi-tədqiqat işləri nəticəsində bu xəstəliklərin müalicəsinin nəticələri 4-5 dəfə yaxşılaşıbdır. Bu istiqamətdə apardığı elmi-tədqiqat işlərinin nəticələri Beynəlxalq, Ümumittifaq və Respublika miqyaslı jurnal, qurultay, simpozium və konfrans materiallarında dərc edilmiş, əldə olunan nəticələr barədə dəfələrlə ABŞ, Fransa, Yaponiya, İtaliya, İsveç, Türkiyə, Almaniya, Rusiya, İsrail, Pakistan, Kanada, Avstriya, Yunanıstan və b. ölkələrdə keçirilən müxtəlif səviyyəli elmi forumlarda və nüfuzlu yığıncaqlarda məruzələr edib. “Onkoloji xəstələrdə bərpa müalicəsi metodlarının işlənib hazırlanması və klinik praktikaya tətbiqi” istiqamətində apardığı elmi-tədqiqat işlərinin nəticələrinə görə elm və texnika sahəsində SSRİ Dövlət mükafatına, eləcə də sümük sarkomalarının müasir müalicə üsullarını da özündə əks etdirən “Sümük sarkomaları” monoqrafiyasına görə SSRİ Tibb Elmləri Akademiyasının məşhur N.N.Petrov adına mükafatına layiq görülmüş, bu  sahədə onlarla yüksək ixtisaslı kadr potensialı yetişdirib.

Akademik Əhliman Əmiraslanov elmi-pedaqoji məktəbinin yetirmələri nəinki Azərbaycanın, eləcə də dünyanın bir çox ölkələrinin nüfuzlu klinikalarında çalışaraq onun yolunu uğurla davam etdirirlər. 500-dək elmi əsərin, o cümlədən 13 monoqrafiya, 9 ixtira və səmərəlşdirici təklif, 26 dərslik, dərs vəsaiti və metodik ədəbiyyatın müəllifidir. Onun rəhbərliyi altında 56 dissertasiya işi, o cümlədən 12 elmlər doktorluğu, 44 tibb üzrə fəlsəfə doktorluğu dissertasiyaları müdafiə edilmişdir. Fəaliyyəti dövründə 20000-dən çox cərrahiyyə əməliyyatı icra edib.

 

Ə.T. Əmiraslanov 1992-2015-ci illərdə, 24 ilə yaxın bir dövrdə Azərbaycan Tibb Universitetinə rəhbərlik edərək ölkəmizdə tibbi kadrların hazırlanmasında, tibb təhsilinin və tibb elminin inkişafında böyük xidmətlər göstərib. Onun rektorluğu dövründə Tibb Universiteti böyük tərəqqiyə nail olmuş, Universitetin maddi-texniki bazası və Beynəlxalq əlaqələri genişləndirilmiş, 4 klinikası yaradılmışdır və uğurla fəaliyyət göstərir.

 

Ə.Əmiraslanovun elmi-tədqiqat və elmi-təşkilati fəaliyyətinin əhəmiyyətli bir hissəsi Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) ilə bağlıdır. O, 2001-ci ildən AMEA-nın həqiqi üzvü, 2007-ci ildən AMEA Rəyasət Heyətinin üzvü, Biologiya və Tibb Elmləri Bölməsinin akademik-katibi kimi ölkəmizdə biologiya və tibb elmlərinin əsas istiqamətlərinin müəyyənləşdiril­məsində, elmi işlərin təşkili və modernləşdirilməsində aparıcı rol oynayır, tədqiqat­ların ən müasir metodlarla aparılmasına, beynəlxalq əlaqələrinin intensiv inkişa­fına, yeni elmi qurumların yaradılması, müvafiq sahələrin maddi-texniki bazaları­nın durmadan yaxşılaşdırılması işlərinə rəhbərlik edir və hərtərəfli dəstək verir.

 

Ə.Əmiraslanovun IV (2010) və V çağırış (2015) Azərbaycan Respublikası Milli Məclisinin deputatı kimi fəaliyyəti də geniş və çoxşaxəli olmaq­la daim həm ona səs verən seçicilərin, həm də ümumən Azərbaycan xalqının yük­sək maraqlarına xidmət edib. 2015-ci ildə Milli Məclisin Səhiyyə Komitə­sinin sədri vəzifəsinə seçilməsi onun elmi-təşkilati və ictimai-siyasi fəaliyyətinə verilən qiymətin təzahürü idi. Əhliman Əmiraslanovun yüksək təşki­latçılıq qabiliyyəti sayə­sində Səhiyyə Komitəsi qısa müddətdə formalaşmış, strukturları yaradılıb və burada ciddi qanunverici fəaliyyətə başlanılıb.

 

Ömrünün müdrik çağına qədəm qoyan akademik Əhliman Əmiraslanovu doğum günü münasibətilə ürəkdən təbrik edir, ona möhkəm cansağlığı, ictimai-siyasi, elmi-pedaqoji və praktik fəaliyyətlərində böyük nailiyyətlər arzulayırıq.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Harvard Universitetinə qəbul olunan azərbaycanlı qzı: “İllərimin zəhməti yerdə qalmadı” - MÜSAHİBƏ 16 Dekabr 2019, 08:41 2019-cu ilin Azərbaycan mediası: “BİR İL DƏ BELƏ GETDİ...” 16 Dekabr 2019, 08:19 Jurnalist Elşad Paşasoyun anası vəfat etdi 16 Dekabr 2019, 08:05 Sərnişin avtobusu qəzaya uğradı: 25 yaralı 16 Dekabr 2019, 00:36 344 region sakini pulsuz hüquqi yardım alıb 16 Dekabr 2019, 00:06 Goranboyda məktəbli yol qəzasının qurbanı oldu 15 Dekabr 2019, 23:46 Türkiyə İncirlik hərbi bazasını ABŞ üçün qapadır 15 Dekabr 2019, 23:20 Rusiya ABŞ-dan narazıdır: Lavrov da heç nəyi dəyişə bilmədi 15 Dekabr 2019, 23:01 Prezident aşpazın qonağı oldu 15 Dekabr 2019, 22:42 İradə Cavadova da deputatlığa namizəd oldu 15 Dekabr 2019, 22:19 Bakıda 9 yaşlı uşağın qarnına oxlov batdı 15 Dekabr 2019, 21:46 Daha 26 qanunsuz miqrant saxlanıldı 15 Dekabr 2019, 21:31 YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ 15 Dekabr 2019, 21:20 Çirkli hava səbəbindən 1 541 nəfər xəstəxanaya düşdü 15 Dekabr 2019, 21:00 Müsavat Partiyası 70 dairə üzrə deputatlığa namizədini müəyyənləşdirdi 15 Dekabr 2019, 20:52 Üzeyirin bu çağırışına 1 milyon insan toplandı - VİDEO 15 Dekabr 2019, 20:33 Bakıda təcili yardım maşını qəzaya düşdü 15 Dekabr 2019, 20:18 Daha bir kütləvi məzarlıq aşkarlandı 15 Dekabr 2019, 20:03 Oqtay Gülalıyevin səhhətində irəliləyiş var 15 Dekabr 2019, 19:53 Qubada yük maşını aşıb 15 Dekabr 2019, 17:52 “Əməkdar jurnalist” Ləman Ələşrəfqızının özünə arzuları - MÜSAHİBƏ 15 Dekabr 2019, 17:47 General deputatlığa namizədliyini irəli sürdü  15 Dekabr 2019, 16:48 Sevr və Lozandan başlanan ERMƏNİ YALANI 15 Dekabr 2019, 16:41 Xalq artisti Rəfael Dadaşov xəstəxanadan evə buraxılıb 15 Dekabr 2019, 15:59 Polkovnik Vəlişov niyə həbs edilib? - DİN açıqlama yaydı, yaxınları etiraz etdi 15 Dekabr 2019, 15:39 Sizə bir sirr açım - “Politologiya” adlı elm yoxdur 15 Dekabr 2019, 15:36 İtaliyada bomba təhlükəsi: 54 min sakin təxliyə edilib 15 Dekabr 2019, 15:08 Bu qədər şərləmək olmaz axı! 15 Dekabr 2019, 14:28 Suriyaya 900-dən çox qaçqın qayıdıb 15 Dekabr 2019, 14:28 Masallıda zəlzələ olub 15 Dekabr 2019, 14:08 Sabahın hava PROQNOZU 15 Dekabr 2019, 13:45 Harvard Universitetinə qəbul olunan Nigar məşhur komandirin QIZIDIR 15 Dekabr 2019, 13:31 “Namuslunu niyə apardılar, namussuz isə öz keyfindədir?” - Şirməmməd Hüseynovla internetdə olmayan MÜSAHİBƏ 15 Dekabr 2019, 12:39 Metroda faciənin qarşısı sərnişinlər tərəfindən alındı - FOTO 15 Dekabr 2019, 12:38 Filippində 6,8 bal gücündə zəlzələ olub 15 Dekabr 2019, 12:10