Modern.az

Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB

Aqşin Yeniseyin vəziyyəti ağırlaşdı - YENİLƏNİB

16 Noyabr 2019, 23:42

Tanınmış şair, yazıçı Aqşin Yenisey xəstəxanadan evə buraxılıb.

Modern.az xəbər verir ki, bu barədə "Report"a Aqşin Yenisey özü məlumat verib.

O bildirib ki, Bakı şəhərində yerləşən xəstəxanalardan birində müayinələrdən keçib:

"Mən əvvəlcə mədəmdə qanaxma olduğundan şübhələnirdim. Amma həkim müayinələrindən sonra mədəmdə qanaxma baş vermədiyi məlum oldu. Ola bilsin ki, bağırsaqlarımda problemlər yaranıb. Həftənin birinci günü təkrar yoxlanışa gedəcəm. Əsas odur ki, qorxulu bir şey yoxdur. Hər şey qaydasındadır. Artıq evdəyəm", deyə A.Yenisey bildirib.

 

***


Tanınmış şair Aqşin Yenisey xəstəxanaya yerləşdirilib.

Modern.az xəbər verir ki, bu barəbə şairin yaxınları məlumat verib.

Məlumata görə, Aqşin Yenisey  mədə qanaxması diaqnozu ilə ciddi həkim nəzarətinə alınıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır