Modern.az

Gürcüstandakı etirazlara azərbaycanlılar da qoşulub - Deputat

Gürcüstandakı etirazlara azərbaycanlılar da qoşulub - Deputat

18 Noyabr 2019, 13:37

“Gürcüstan 8 ildir ki, İvanaşvilinin əlində qalıb. Bu illər ərzində Gürcüstan 1990-cı illərə qayıdıb. İvanaşvilinin 2012-ci ildən sonra verdiyi vədləri yerinə yetirməməsi insanların səbir kasasını doldurub. İvanaşvili Gürcüstanın gələcəyini heçə endirib. Ona görə də insanlar küçələrə çıxıb”.

 

Bu fikirləri Modern.az-a Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı deputat Azər Süleymanov ölkəsində baş verən aksiyalara münasibət bildirərkən deyib.

 

O, qeyd edib ki, parlamentin dörd tərəfi hələ də bağlıdır:

“ Etirazçılar millət vəkillərini parlamentin binasına buraxmırlar. Hətta bir neçə partiya parlamenti boykot edib. Güman ki, biz də partiya olaraq bu addımı atacağıq. Parlamentə getmək niyyətində deyilik. Səhərə qədər küçələrdə qalmışıq. Belə hesab edirəm ki, artıq İvanaşvilinin son günləridir. Bu sistem dəyişməlidir”.

 

Azərbaycanlı deputatın sözlərinə görə, etirazçıların sayı daha çox olub:

“Yaxın 3-4 gün ərzində hakimiyyət dəyişikliyə getməsə, Gürcüstanda vəziyyət lap da pis olacaq. Heç kim geri çəkilmək niyyətində deyil. “Gürcü arzusu” partiyası 5 min 500 etirazçının olduğunu bildirib. Görünür, bunların gözü 35-40 min adamı görmür. Bu etirazlar davam etməkdədir”.

 

“Nə qədər aclıq vəziyyətində olan insanlar var. Hətta etiraz aksiyalarına azərbaycanlılar da qoşulub. Gürcüstanda yaşayan qeyri-millətlər də Gürcüstan hakimiyyətindən əziyyət çəkir”,-deyə parlamentari əlavə edib.  

Qeyd edək ki, Tbilisi müxalifətinə dəstək olaraq Acarıstanda hökumət binasının qarşısında dünəndən başlayaraq etiraz aksiyaları keçirilir. Onlar da seçki qanunvericiliyinə dəyişikliyin olunmasını tələb edirlər.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi