Modern.az

Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilən azərbaycanlı alimdən AÇIQLAMA

Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilən azərbaycanlı alimdən AÇIQLAMA

Diaspor

18 Noyabr 2019, 13:38

Xəbər verdiyimiz kimi, Rusiyada iki azərbaycanlı bu ölkənin Elmlər Akademiyasının müxbir üzvü seçilib. 
Həmin azərbaycanlılar Zahid Qocayev və Elmar Musayevdir.

 

Elmar Musayev Modern.az-a açıqlamasında bildirib ki, Rusiya Elmlər Akademiyasının müxbir üzvü seçilməsində azərbaycanlıların dəstəyi olub:

 

“3 il bundan qabaq Rusiya Elmlər Akademiyasının professoru seçildim. Akademiyada Məmməd Əliyev adında həkim-cərrah çalışır. Məmməd müəllimdən də başqa Həmid Davudov adlı bir azərbaycanlı da var. Onların hər ikisi mənim namizədliyimi irəli sürüblər”.

 

Elmar Musayev həkim kimi fəaliyyətindən də söz açıb.

 

“1993-cü ildən Rusiyada yaşayıram. Elə həmin ildən də Rusiyadakı Onkoloji mərkəzdə çalışıram. Hətta Azərbaycandan da müalicə olunmaq üçün müraciət edən xəstələr olur. İmkan və gücümüz daxilində onlara köməklik edirik” – deyən həmsöhbətimiz bildirib ki, Rusiya Elmlər Akademiyasında ümumilikdə 4 azərbaycanlı alim çalışır.

 

Qeyd edək ki, Elmar Musayev Rusiya Elmlər Akademiyasının fiziologiya elmləri bölməsinin (patofiziologiya), Zahid Qocayev isə kənd-təsərrüfatı elmləri bölməsinin (kənd təsərrüfatı istehsalının mexanikləşdirilməsi və avtomatlaşdırılması) müxbir üzvü seçilib.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir