Modern.az

Deputat seçiciləri ilə görüşüb - FOTO

Deputat seçiciləri ilə görüşüb - FOTO

18 Noyabr 2019, 13:44

Millət  vəkili  Vahid  Əhmədov  növbəti  dəfə  Quba  şəhərində  yerləşən  ofisində  seçiciləri  ilə  görüşüb.

 

Deputatın qərərgahından Modern.az-a verilən məlumata görə, seçicilərin  böyük aktivliyi ilə keçən görüşdə millət vəkili sakinləri maraqlandıran və Milli Məclisdə müzakirə olunan məsələlər barəsində məlumatlandıraraq, onların çoxsaylı suallarını cavablandırıb.

 

Deputatın Milli Məclisdəki fəakiyyətindən məmnunluq ifadə edilib, əhalini narahat edən məsələləri qabardılaraq həlli üçün konkret təkliflər verdiyinə görə minnətdarlıq edilib.

 

Görüşdən  sonra  köməkçi tərəfindən qəbul üçün  qeydiyyata  alınmış 63  nəfər  Quba  və  qonşu  rayonlardan  gələn  vətəndaşlar  onların  istəyi  nəzərə alınmaqla  təkbətək  qəbul  olunublar. İşədüzəlmə, ev  tikintisi  üçün  torpaqların  verilməsi, sosial  yardımların  təyini, təhsil  haqlarının  ödənilməsində yaranan  problemlər, maliyyə  və  tikinti  mateialları  ilə  yardımlar, kəndlərdəki  su, yol  və  işıq  problemləri, Qarabağ  müharibəsı  əlillərinə  diqqətin artırılması  və.s  bu  kimi  məsələlər  araşdırma  mövzuları  olub. Operativ  həlli  mümkün  olan  məsələlərlə  bağlı yerindəcə  tədbirlər  görülüb, həlli  vaxt tələb edən  məsələlər  nəzarətə  götürülərək, həll varianları  haqqında  qərarlar  qəbul  edilib.

 

Qəbuldan sonra  millət  vəkili  Quba  rayon  ictimaiyyəti  və  Bakıdan  gəlmiş  tanınmış  ziyalıların  iştirakı  ilə  təşkil  olunan  tədbirdə - əslən  Qubalı olan dövlət  mükafatı  laureatı, filologiya  elmləri  doktoru, professor  Nizaməddin  Şəmsizadənin  65  illiyinə  həsr  olunan  yığıncaqda  iştirak  edib,  öz təbrikini və  ürək  sözlərini  söyləyib.

 

Növbəti  qəbul  yeni  il  qabağı  dekabrın  sonlarında  Quba  şəhərində  yerləşən  ofisində  keçiriləcək.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı