Modern.az

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

Sumqayıtda bəzi küçə və prospektlər bağlanacaq

Aktual

18 Noyabr 2019, 20:17

Noyabrın 19-da Sumqayıtın 70 illik yubileyi münasibətilə şəhərdə bayram tədbiri keçiriləcək.

Modern.az xəbər verir ki, bu barədə Sumqayıt şəhər Polis İdarəsinin Dövlət Yol Polisi şöbəsinin sözçüsü, polis kapitanı Elçin Qasımov  məlumat verib.

Məlumata görə,  bayram tədbiri ilə bağlı həmin gün şəhərin Sülh prospekti ilə Koroğlu, Bakı, Nəriman Nərimanov, o cümlədən Heydər Əliyev prospektinin kəişmələrində və Azərbaycan prospektində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq.

Sürücülərdən xahiş olunur ki, həmin gün alternativ yollardan istifadə etsinlər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Moskva və vilayətlərə hücum oldu: Dəhşətli partlayışlar var