Arxiv
19 Noyabr 2019, 11:10 | AKTUAL
BANM-də “Mühəndislər üçün biznes təhsili” layihəsi başa çatıb  

 

Bakı Ali Neft Məktəbinin (BANM) və BP şirkətinin birgə təşkilatçılığı ilə reallaşdırılan “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti kursu uğurla başa çatıb.

 

Modern.az xəbər verir ki, bu münasibətlə keçirilən tədbirdə BANM-in rəhbərliyi, BP şirkətinin nümayəndələri və tələbələr iştirak ediblər.

 

Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov tədbirdə çıxışı zamanı bildirib ki, 2 ay davam edən “Mühəndislər üçün biznes təhsili” layihəsinin növbəti mərhələsi müvəffəqiyyətlə öz işini yekunlaşdırıb. O bildirib ki, əsas məqsədi mühəndislik ixtisası üzrə təhsil alan tələbələrin liderlik, idarəetmə bacarıqlarının inkişaf etdirilməsi və karyera imkanlarının artırılması olan layihə boyunca təcrübəli ekspertlər təlimlər keçiblər. 

 

Rektor qeyd edib ki, proqramda Bakı Ali Neft Məktəbi ilə yanaşı, mühəndislik ixtisası üzrə təhsil alan bir çox ali məktəblərin də tələbələri iştirak ediblər. 

 

“İngilis dilində həyata keçirilən layihə təhsil müddətində mühəndislik üzrə yüksək səviyyəli bilik və bacarıqlara yiyələnmiş tələbələrə, həm də menecment və biznes sahəsində geniş bilgilər verib. Əsas məqsəd gənc mühəndislərə ümumi biznes biliklərini, baza prinsipləri, liderlik keyfiyyətləri, layihələrin idarəedilməsi, biznes səriştəsi və bir sıra digər istiqamətlərdə modullar keçirilərək savadlı, intellektual kadrlar yetişdirməkdir” - deyə rektor əlavə edib. 

 

Tədbirdə çıxış edən “BP-AGT”-nin KİV və Əlaqələr üzrə meneceri Tamam Bayatlı bildirib ki, Azərbaycanda fəaliyyət göstərdiyi 27 il ərzində BP şirkəti sosial layihələrə sərmayə yatırıb. “Bu layihələr arasında təhsil proqramları üstünlük təşkil edir. Ali məktəblərlə əməkdaşlıq çərçivəsində Bakı Ali Neft Məktəbi ilə bir neçə uğurlu layihələr həyata keçirilib ki, bunlardan biri də “Mühəndislər üçün biznes təhsili” layihəsidir” - deyə T.Bayatlı qeyd edib. 

 

Daha sonra, Azərbaycan-Fransız Universitetinin direktoru Vazeh Əsgərov, Bakı Mühəndislik Universitetinin prorektoru Bayram Hüseynzadə çıxışlarında layihənin tələbələr üçün əhəmiyyətindən danışıblar. 

 

Tələbələrlə iş şöbəsinin Böyük metodisti Ləman Hüseynova bildirib ki, 2 ay müddətində davam edən “Mühəndislər üçün biznes təhsili”nin proqramına “Təqdimat və kommunikasiya bacarığı”, “Layihələrin idarə edilməsi”, “Vaxtın idarəedilməsi və səmərəlilik”, “Liderlik”, “Risklərin idarəedilməsi”, “Maliyyə, büdcə və xərclərə nəzarət edilməsinə giriş”, “İnsan resurslarının idarəedilməsinin əsasları”, “Danışıq bacarıqları” kimi modullar daxil olub. “Proqramda Bakı Ali Neft Məktəbinin 4-ci və 5-ci kurs, digər ali təhsil müəssisələrinin mühəndislik ixtisasları üzrə təhsil alan və ingilis dili bacarıqları yüksək olan 3-cü və 4-cü kurs tələbələri iştirak ediblər. Təlimlərdə iştirak üçün daxil olan 300-ə yaxın müraciətdən proqramın meyarlarına uyğun olan 250 nəfər seçilib. Layihədə Azərbaycan Dövlət Neft və Sənaye, Azərbaycan-Fransız, Bakı Mühəndislik, ADA, Azərbaycan Memarlıq və İnşaat, Bakı Dövlət, Azərbaycan Texniki, eləcə də Xəzər universitetlərinin tələbələri iştirak ediblər”.

 

Tələbələr belə bir layihədə iştirakdan məmnunluqlarını ifadə edib və təşkilatçılara yaradılmış şəraitə görə minnətdarlıqlarını bildiriblər. 

 

Sonda təlimləri uğurla başa vurmuş iştirakçılara Bakı Ali Neft Məktəbi və BP-nin birgə sertifikatları təqdim edilib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Xarici işlər naziri koronavirusa yoluxdu 14 İyul 2020, 09:48 Sabiq prorektorun biznesmen oğlu hakim qarşısına çıxarıldı 14 İyul 2020, 09:42 Qazaxıstanda karantin rejimi uzadıldı 14 İyul 2020, 09:41 Kapital Bank 2020-cu ilin ikinci rübünün nəticələrini elan edib 14 İyul 2020, 09:36 Neft yenidən ucuzlaşdı 14 İyul 2020, 09:30 Dollar günə bu məzənnə ilə BAŞLADI    14 İyul 2020, 09:24 Cəbhədə gərginlik - Düşmən daha 5 rayonumuzu qumbaraatanlardan atəşə tutdu  14 İyul 2020, 09:18 Bakıda axtarışda olan qadın tutuldu 14 İyul 2020, 09:12 ABŞ sərhəddəki vəziyyətlə bağlı BƏYANAT yaydı 14 İyul 2020, 09:06 Ermənilər Tovuzu yenidən atəşə tutdu 14 İyul 2020, 09:00 Artur Rasizadə: “Ata-anası azərbaycanlı olub yarıtmaz iş görənlər o qədərdi ki!” - MÜSAHİBƏ 14 İyul 2020, 08:54 Alimlər koronavirusun yeni yoluxma riskini aşkarladılar 14 İyul 2020, 08:53 BMT baş katibi cəbhədəki gərginliklə bağlı müraciət etdi 14 İyul 2020, 08:27 Türkiyədə sel dörd nəfərin həyatına son qoyub 14 İyul 2020, 00:44 “Ermənistan törətdiyi bütün qanunsuz əməllərin cavabını verəcəkdir” - XİN 14 İyul 2020, 00:31 Naftalanda ağır qəza: ölənlər var 14 İyul 2020, 00:19 Heydər Əliyevin hakimiyyətə gəlməsindən 51 il ötür 14 İyul 2020, 00:13 “Ermənistan regionda gərginliyi artırmağa çalışır” - Hikmət Hacıyev 13 İyul 2020, 23:59 “Ermənistanın təcavüzünü pisləyirik” - İranlı sabiq deputat 13 İyul 2020, 23:42 Nazir Avropa İttifaqını cəbhədəki vəziyyətlə bağlı məlumatlandırdı 13 İyul 2020, 23:18 356 COVİD-19 xəstəsinin vəziyyəti ağırdır - FOTO 13 İyul 2020, 22:52 Şəmkirdə yağışın yaratdığı fəsadlar aradan qaldırılır 13 İyul 2020, 22:39 Çindən  ABŞ rəsmilərinə qarşı sanksiya 13 İyul 2020, 22:29 "Ölü" doğulan körpə basdırılarkən ağladı 13 İyul 2020, 22:14 Ukraynadan erməni təxribatına REAKSİYA 13 İyul 2020, 22:02 “Can Azərbaycana canımız fəda” - Mövlud Çavuşoğlu 13 İyul 2020, 21:51 Koronavirus Türkiyədə daha 19 can aldı 13 İyul 2020, 21:36 İranlı deputat koronavirusdan öldü 13 İyul 2020, 21:24 Ermənilərin 20-dən çox hərbçisi və texnikası məhv edildi - VİDEO 13 İyul 2020, 21:11 Cəlilabadda baş həkimin evi yandı 13 İyul 2020, 21:00 Quba-Xınalıq yolu BAĞLANDI 13 İyul 2020, 20:50 Elmar Məmmədyarov türkiyəli həmkarı ilə telefonla DANIŞDI 13 İyul 2020, 20:34 Gürcüstanın XİN başçısı azərbaycanlı həmkarına zəng etdi 13 İyul 2020, 20:29 Ermənilərin atdığı top mərmisi bu evə düşdü - VİDEO 13 İyul 2020, 20:18 Mətbuat Şurası cəbhədəki vəziyyətlə bağlı məlumat yaydı 13 İyul 2020, 20:09