Arxiv
19 Noyabr 2019, 12:10 | ÖLKƏ
“Azərbaycanda yarımçıq doğulanların sayı...” - Baş neonatoloqla MÜSAHİBƏ

Hər il planetdə təxminən 15 milyon uşaq vaxtından qabaq doğulur. Təcrübə göstərir ki, vaxtından qabaq doğulanların bir hissəsi tələıf olur, bir hissəsi isə sağlam və gümrah yaşayır. Hətta onlardan bəziləri görkəmli şəxsiyyətlərə çevrilirlər.

Azərbaycanda da hər il vaxtından əvvəl doğumlar qeydə alınır.  


Səhiyyə Nazirliyinin baş neonatoloqu, qurumun Neonatoloji xidmətin təkmilləşdirilməsi üzrə xüsusi komissiyasının sədri Rüstəm Hüseynov yarımçıq və anomaliya ilə doğulanlarla bağlı Modern.az-ın suallarını cavablandırıb.

 

- Rüstəm doktor, hazırda Azərbaycanda vaxtından əvvəl doğulmuşlar yenidoğulmuşların neçə faizini təşkil edir?


- Ayrı-ayrı illərdə Azərbaycanda yarımçıq doğulan uşaqlar yenidoğulmuşların 8-12 faizini təşkil edir.


- Bəs bu il üzrə göstəricilər necədir?


- Bu ilin göstəriciləri ilin axırında bəlli olacaq. Elə bu il üçün də faiz göstəriciləri bu rəqəmlər arasında proqnozlaşdırılır. Ümumi hesabat zamanı dəqiq rəqəmlər açıqlanacaq.


- Ümumilikdə yarımçıq doğulanların neçə faizi sağ qalır?


- Bilirsiniz, ayrı-ayrı qruplar üzrə faiz göstəriciləri fərqlidir. 22-38 həftəlik doğulanlar vaxtından əvvəl doğulanlardır. Çəkidə 2 kiloqram-2 kiloqram 500 qrama qədər erkən doğulanların 97-98 faizi yaşayır. Ayrı-ayrı qruplarda ölüm faizi və sağ qalma faizi fərqlənir.


- Bəs ekstermal çəkidə doğulanların neçə faizi yaşayır?

- 500 qram-1000 qram arasında doğulanlar ekstermal çəkili sayılırlar. 1 kiloqramdan yuxarı 1 kiloqram 500 qramadək olanlar çox az çəkilə doğulmuşlardır. Amma ekstermal çəkili uşaqların təxminən 30-35 faizi sağ qalır. 1kiloqramlıq uşağın həyatda sağ qalma faizinin artması mütəxəssisin nəaliyyətlərindən də çox asılıdır.



- Rüstəm doktor, bəs anomaliya ilə doğulan uşaqların statisitikasında vəziyyət necədir? Bir neçə gün əvvəl Bakıda ağızsız, qulaqları boynunda inkişaf edən körpənin doğulması böyük rezonans doğurdu. Ümumiyyətlə bu anomaliyanın səbələri araşdırılırmı?


- Sözsüz ki, araşdırılır. Genetik laboratoriyalar bu cür anomaliyaları araşdırır. Ümumilikdə Azərbaycanda andangəlmə qüsurlar artmır. Sadəcə bu qüsurların diaqnostikası artır. Artıq ana bətnində aparılan ultrasəs müayinəsi, diaqnostika üsulları və s. genişlənib. Həmçinin, uşaq doğulandan sonra ilkin diaqnostika qoyulması xeyli təkmilləşib. Anomaliya ilə doğulanlar əvvəllər elə doğuş zalında tələf olurdular. Amma indi şöbələrə daxil olurlar, onlar üzərində müayinələr aparılır. İrsi xəstəlikdirsə, İrsi Problemlər İnstitutunda aşkar olunur və s. Faiz nisbətinə gəldikdə, burda dəyişiklik yoxdur.

 

- Son hadisə barədə ilkin məlumatlar nədən ibarətdir? Yəni bu cür qüsura nə səbəb ola bilər? Çünki ailənin bundan əvvəl doğulan iki uşağında hər hansı qüsur olmadığı açıqlanıb.

- Bu hadisə ilə bağlı konkret məlumat yoxdur. Amma ümumi olaraq bu cür qüsurlar adətən antinetal dövrdə kənar proseslərin təsirindən baş verə bilir. Bu cür anomaliyalara mühit, infeksiya, toksiki proses, radiasiya təsiri, gün şüasının artması və s. təsirlər edə bilər. Kənardan hüceyrəyə yad agent daxil olur və hüceyrənin bölünməsi düzgün davam etmir.


- Doktor hazırda çox müasir diaqnostika üsullarının olduğunu siz özünüz də təsdiqlədiniz. Mümkündürmü ki, bu cür anomaliya ultra səs müayinəsi zamanı aşkarlanmasın?


- Adətən, böyük faizlə anomaliyalar USM vasitəsilə müəyyən edilə bilir. Hətta uşağın gözünün olub-olmaması, gözün yerləşdiyi ambisiyanın sümükləri, inkişafı USM-də görünür. Amma bunlar da 100 faizlik nəticə deyil. Nəticələr barədə yazılanda da göstərilir ki, USM tam informasiya verə bilməz. Nəticələrdə 10-15 faizlik fərqlilik olması mümkündür.

Bəzən uşağın ana bətnində yerləşməsi də bəzi məqamları izləməyə imkan vermir. Hətta uşağın cinsini müəyyən etmək üçün USM-yə müraciət edən analar bəzən uşağın bətndə yerləşməsi səbəbindən bunu öyrənə bilmirlər.

 

- Bir çox hallarda neqativ nəticələrdə həkimlər günahlandırılır. Amma günümüzdə 9 aylıq hamiləlik dövründə məsuliyyətsizlikdən yaxud böyüklərin “biz USM-yə getməmişik, doğmamışıq?!” kimi qınaqlarından dolayı bu müayinədən imtina edənlər də var...

- Bəli, doğru deyirsiniz. Bizdə çox paradoksal vəziyyət yaranıb. Protokolla hamilə qadın təxminən bir neçə dəfə USM-yə getməlidir. Təbii ki, bu fərdlərə görə dəyişir. Amma bəzən ehtiyac olmadığı təqdirdə analar dəfələrlə USM-yə gedirlər. Bəziləri isə çox təəssüf ki, 21-ci əsrdə ümmiyyətlə bu müayinə üsulundan yararlanmırlar. Bunun üçün maarifləndirmə artırılmalıdır. Bu işdə sizlərin rolu da böyükdür.

 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azərbaycan taekvondoçuları Avropa birinciliyində 7 medal qazanıb 8 Dekabr 2019, 15:33 Yevda Abramov dəfn olundu - YENİLƏNİB - FOTOLAR 8 Dekabr 2019, 15:09 Azərbaycan XİN Ukrayna xalqına başsağlığı verib 8 Dekabr 2019, 14:57 Messi tarix yazmağa davam edir - YENİ REKORD 8 Dekabr 2019, 14:44 Ukraynada matəm elan olunub 8 Dekabr 2019, 14:18 Elçibəyin nəvəsinin yeni fotosu yayılıb 8 Dekabr 2019, 14:06 "Sədərək" Ticarət Mərkəzində avtobus və minik avtomobili toqquşub 8 Dekabr 2019, 13:34 Deputat: “Mikayıl Cabbarov əsaslı cavabı ilə erməni təxribatının qarşısını aldı” 8 Dekabr 2019, 13:27 Sabaha gözlənən hava proqnozu açıqlanıb 8 Dekabr 2019, 13:05 “Həzi Aslanov” stansiyası bağlanacaq? Rəsmi cavab 8 Dekabr 2019, 12:58 Cəlilabadda icra nümayəndəsi yol qəzası törətdi: həyat yoldaşı öldü 8 Dekabr 2019, 12:44 Oğlunun öldüyünü zənn edən atanın ürəyi yatdı 8 Dekabr 2019, 11:42 Yevda Abramovun dəfn mərasimi keçirilir 8 Dekabr 2019, 11:35  “Mənim burda yerim hanı?” - Tanınmış şairə haqda dərc olunmayan YAZI 8 Dekabr 2019, 11:11 Restoran mafiyası insanları müflis edir: Xalq şairindən ilginc AÇIQLAMA 8 Dekabr 2019, 11:07 Otel otağında kimsəsiz ölən dahi... 8 Dekabr 2019, 10:53 Ermənilər atəşkəsi 23 dəfə pozublar   8 Dekabr 2019, 10:06 Avtomobilin banından 27 yaşlı qızın meyiti götürülüb 8 Dekabr 2019, 09:33 Hindistanda zavod yandı: 32 can aldı 8 Dekabr 2019, 09:17 Prezident 92 məhkumu əfv edib 8 Dekabr 2019, 00:57 ABŞ terror təşkilatı ilə danışıqları bərpa edir 8 Dekabr 2019, 00:42 Paytaxtda minik maşını “Şaqman”la toqquşdu 8 Dekabr 2019, 00:16 Şadlıq sarayında bıçaqlanma 7 Dekabr 2019, 23:55 Prezidentlərin görüşündə işıq söndü 7 Dekabr 2019, 23:33 Balıqçı gəmisi qəzaya uğradı 7 Dekabr 2019, 23:16 Millinin oyunlarının başlama vaxtı açıqlandı 7 Dekabr 2019, 22:59 Avtomobil teatra gedən məktəbliləri əzdi: 1 ölü, 12 yaralı 7 Dekabr 2019, 22:33 Ziya Bünyadovun oğlu dünyasını dəyişdi 7 Dekabr 2019, 22:17 Məhəmmədrəsul Məcidov yenə nokautla qalib gəldi - VİDEO 7 Dekabr 2019, 21:55 Azərbaycan Nəşriyyatı: nasaz lift, çirkli dəhliz, üfunət - Jurnalistlər çıxış yolu axtarır 7 Dekabr 2019, 21:34 Bakıda qadın meyiti tapıldı 7 Dekabr 2019, 21:07 Azərbaycan həkimlərindən dünyada ilk unikal əməliyyat - FOTO 7 Dekabr 2019, 20:37 Yanacaqdoldurma məntəqəsində yanğın: 5 yaralı 7 Dekabr 2019, 20:19  İranda hərbçi üç polisi güllələdi 7 Dekabr 2019, 20:02 YAP-ın deputatlığa namizəd siyahısı nə vaxt açıqlanacaq? – Rəsmilərdən CAVAB 7 Dekabr 2019, 18:26
SORĞU Azərbaycan TV-lərində bu verilişlərdən ən çox hansına baxırsınız?