Modern.az

Macarıstan səfiri ADU tələbələri ilə görüşüb

Macarıstan səfiri ADU tələbələri ilə görüşüb

Aktual

19 Noyabr 2019, 13:26

Noyabrın 18-də Beynəlxalq əlaqələr şöbəsi və Macar dili və mədəniyyəti mərkəzinin birgə təşkilatçılığı ilə Macarıstan Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Viktor Sederkenyi Azərbaycan Dillər Universitetində (ADU) olub.

 

Modern.az xəbər verir ki, səfir universitetdə fəaliyyət göstərən “Səfir saatı” layihəsi çərçivəsində universitetin tələbələri ilə görüşüb.

 

Səfir Viktor Sederkenyi görüşdə şəxsi təcrübələri, təhsil aldığı dövrlər, diplomatik fəaliyyəti, eyni zamanda Macarıstan-Azərbaycan əlaqələri haqqında danışıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Maaş azlığı, bahalaşma, işsizlik - Çıxış yolu nədir? - Vahid Əhmədovla Gündəm Masada