Modern.az

“Arif Hacılıya və Müsavat Partiyasına yazığım gəlir” - Rauf Arifoğlu

“Arif Hacılıya və Müsavat Partiyasına yazığım gəlir” - Rauf Arifoğlu

19 Noyabr 2019, 14:49

“Həm Arif Hacılıya, həm də Müsavat Partiyasına yazığım gəlir”.

 

Bunu Modern.az-a açıqlamasında “Yeni Müsavat” Media Qrupunun rəhbəri redaktoru Rauf Arifoğlu bildirib.

 

Baş redaktor “Yeni Müsavat” qəzetinin Müsavat Partiyasına qarşı olmadığını, əksinə, vaxtilə və son günlərdə onu dəstəklədiyini vurğulayıb.

 

“Arif Hacılı bizə qarşı qərəzli mövqedədir. “Yeni Müsavat” qəzeti məhz mühacirətlə bağlı Müsavat Partiyasınını indiki başqanının üstünə ittihamlar gələn məqamda keçmiş partiyamızı və Arif Hacılını dəstəkləyən məqalələrlə çıxış edirdi. Arif Hacılı həmin məqalələri ya görməyib, ya da görmək istəmir. İkinci məsələ odur ki, hal-hazırda radikal müxalifətin ideoloqu olan Xədicə İsmayıl başda olmaqla, Müsavat Partiyasının rəhbərliyində olan bir sıra şəxslər Arif Hacılını ittiham edərək, onu istefaya çağırırlar. Lakin nədənsə Arif Hacılının gözünə o çağırışları edənlər yox, onları xəbər edən “Yeni Müsavat” qəzeti görünür. Onun mövqeyi olduqca qərəzli və yanlışdır. Hazırda o, başdan-ayağa problem və çirkab içərisindədir. Ümumiyyətlə, Arif Hacılının siyasi fəaliyyəti son zamanlarda ancaq səhvlərdən ibarətdir. Nəfsinə yenik düşən rəzil bir adamın özü  yaratdığı bir bataqlıqda çabalamağını çox təəssüflə izləyirəm. Çünki bu partiyanı zamanında mən qurmuşam, böyütmüşəm. Arif Hacılı isə onu ittihamlar, çirkablar içərisində boğmaqdadır. Həm Arif Hacılıya, həm də partiyaya yazığım gəlir”.

 

Qeyd edək ki, Müsavat başqanı Arif Hacılı bu gün keçirdiyi mətbuat konfransında “Yeni Müsavat” qəzetinin uzun müddətdir ki, mühacirət mövzusunda Müsavat Partiyasına qarşı kampaniya apardığını bildirib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub