Modern.az

Bakıda 34 yaşlı kişi bıçaqlandı

Bakıda 34 yaşlı kişi bıçaqlandı

19 Noyabr 2019, 23:52

Bakıda bıçaqlanma hadisəsi baş verib.

Modern.az  "Report"a istinadən xəbər verir ki, hadisə Qaradağ rayonunda qeydə alınıb.

Lökbatan qəsəbəsində 1985-ci il təvəllüdlü İsmayılov Samir Vahid oğlu naməlum şəxs tərəfindən bıçaqlanıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona sol döş qəfəsinin kəsilmiş-deşilmiş yarası diaqnozu qoyulub və əməliyyat edilib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır