Modern.az

Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı”

Putindən ETİRAF: “ABŞ-ın bu qərarı məni təşvişə salmışdı”

Dünya

20 Noyabr 2019, 16:36

Rusiya prezidenti Vladimir Putin 2014-cü ildə Ukrayna böhranına görə Qərbin ilk sanksiyalarını işə salmasından təşvişə düşdüyünü etiraf edib.

 

Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, o bu barədə “Rusiya çağırır!” investisiya forumunda çıxışı zamanı deyib.

 

O, milli maraqların və təhlükəsizliyin önəmli olduğu sahələrdə idxaldan asılılığın azaldıldığını söyləyib.

“Bu sanksiyaların ilk dalğası açıq deyim, məndə müəyyən təşviş yaratmışdı”- deyə Putin etiraf edib.

Bununla belə, Rusiya lideri idxaldan asılılıq sahəsində ciddi uğurlar əldə etdiklərini də vurğulayıb.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır