Modern.az

Bakıda "Qoşa çinar" restoranı yandı

Bakıda "Qoşa çinar" restoranı yandı

Aktual

20 Noyabr 2019, 23:19

Bakının Binəqədi rayonunda yanğın baş verib.

Modern.az  APA-ya istinadən xəbər verir ki, hadisə Biləcəri dairəsi yaxınlığında, Beynəlxalq Avtovağzal Kompleksinin qarşısındakı "Qoşa çinar" restoranında qeydə alınıb.

Bildirilir ki, yanğın restoranın manqal üçün nəzərdə tutulmuş tüstü bacasından başlayıb. Sonradan yanğının sahəsi artıb və elektrik enerjisi kəsilib.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin 3 yanğınsöndürən maşını və canlı qüvvəsi cəlb olunub. Yanğının genişlənməsinin qarşısı alınıb. Yanğın yanğındanmühafizə bölmələri tərəfindən söndürülüb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
21 minlik stəkan, Gəncədə ŞOK ƏMƏLLƏR - Sadıkovla Mehdiyevi nə gözləyir?