Modern.az

Samuxda qaz sızmasından partlayış 

Samuxda qaz sızmasından partlayış 

Aktual

20 Noyabr 2019, 23:53

Samuxda partlayış baş verib.

Modern.az  APA-ya istinadən  xəbər verir ki, hadisə rayonun Nəbiağalı kəndində qeydə alınıb.

Kənd sakini, 1937-ci il təvəllüdlü Səttar Xəlilovun həyətiyanı sahəsində yerləşən yardımçı tikilidə qazın sızması nəticəsində partlayış olub. Hadisə zamanı 82 yaşlı kişi yanıq xəsarətləri alıb. Yaralı dərhal xəstəxanaya yerləşdirilib. Onun vəziyyətinin orta ağır olduğu bildirilir.

Hadisənin baş verməsi səbəbləri araşdırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir