Modern.az

Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? - STATİSTİKA

Qarabağa səfər edən əcnəbilər ən çox hansı ölkələrdən gəlir? - STATİSTİKA

21 Noyabr 2019, 14:12

Azərbaycanın rəsmi xəbərdarlıqlarına baxmayaraq, işğal altındakı torpaqlara xarici ölkə vətəndaşlarının səfəri davam edir.

 

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, qondarma Qarabağ rejiminin “Milli Statistika Xidməti” iyun-sentyabr aylarında regiona gələn əcnəbi turistlərlə bağlı hesbat yayımlayıb. “Qurum”un sədri müavini Susanna Arutunyan iyundan sentyabr ayına qədərki dövrdə Qarabağa gələn 8243 əcnəbi vətəndaşın anket məlumatlarını dəqiqləşdirdiklərini bildirib.

“Qarabağı 41 ölkədən gələn turist ziyarət edib. Onlar arasında Ermənistan, Rusiya, ABŞ və İtaliya pasportuna malik şəxslər üstünlük təşkil edir. Tədqiqatlar turistlərin 47%-nin buna qədər heç vaxt Qarabağa gəlmədiyini də söyləyib”.

 

Xatırladaq ki, separatçı rejim bundan öncə, 2019-cu ilin ilk 6 ayında işğal alıtndakı bölgəyə 12 606 xarici vətəndaşın gəldiyini söyləmişdi. Analoji dövrdə 17 yeni turizm obyekti də isitfadəyə verilib. 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!