Arxiv
21 Noyabr 2019, 15:30 | PARLAMENT
“Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib əcnəbi gətirirlər?” - Aqil Abbas

Azərbaycan milli komandasının Avropa çempionatının seçmə mərhələsində uğursuz çıxış etməsi və qrupda sonuncu yeri tutması futbol ictimaiyyətinin haqlı narazılığına səbəb olub. Hamı Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) xərcələyi böyük pulların batmağına etiraz edir...

Milli komandamızın Avropada hamı üçün “qapazaltı” olması AFFA rəhbərliyinə yönəlmiş tənqidlərin dozasını artırıb.

Milli Məclisin deputatı Aqil Abbas da futbolumuzdakı biabırçı vəziyyətə etiraz edənlərdəndir.

 

“Azərbaycan futbolunun inkişafı üçün AFFA mütləq islahat aparılmalı, proqram hazırlamalıdır”, - Modern.az-a açıqlamasında Aqil Abbas deyib.


Deputat qeyd edib ki, bunun üçün ilk növbədə bölgə futbolu inkişaf etdirilməlidir:


“Bölgə futbolu olmadan Azərbaycanda futbol inkişaf etdirilə bilməz. 2005-2015-ci illərdə futbolun inkişaf etdirilməsilə bağlı Prezidentin sərəncamı oldu. Həmin vaxt bölgə futbolu inkişaf etdi. O zaman Yevlaxın “Karvan”, “İmişli”nin “MKT Araz”ı vardı, “Xəzər-Lənkəran”, Tovuzun “Turan”ı, “Gəncə”, “Bakı” komandaları vardı. Hamısının da yaxşı bazası formalaşmışdı. Amma yavaş-yavaş ömürlərini başa vurdular. Beləcə ölkədə futbol asta-asta öldü”.

 

“Olimpiya komplekslərində axşamlar varlılar üzür”

Deputatın sözlərinə görə, bölgələrdə yaradılan Olimpiya kompleksləri təyinatı üzrə çalışmır:

“Region yarışları keçirilir. Amma o qədər zəifdir ki, nəticə ortaya qoya bilmirlər. Azərbaycanda uşaq futbolu inkişaf etdirilməlidir. Bunun başqa bir yolu yoxdur. Necə, hansı şəkildə, bu, mütəxəssislərin işidir. Bölgələrdə çox möhtəşəm Olimpiya kompleksləri tikilib. Niyə bu gün Ağdamda futbol yoxdur? Mən Ağdamın yeni icra başçısı Vaqif müəllimlə müzakirələr aparmışam bu barədə. “Qarabağ” komandası öz yerində, bu, simvolik komandadır. Ağdam özü futbolçu vermir. Rayonlarda futbol ölüb. İcra başçılarının qarşısında vəzifə qoyulmalıdır. Taxıl verirlər sağ olsunlar, pambıq verirlər, lap çox sağ olsunlar. Bəs idman? Dövlət 10 milyon manat ayırıb, bölgələrdə Olimpiya kompleksləri tikiblər. Hansı rayon bir güləşçi, ağırlıq qaldıran, karateçi, üzgüçü verib? Hamısını Bakı verib, ya da qıraqdan tutub gətiriblər. Bəs Olimpiya mərkəzlərini  niyə tikiblər. İmkanlı adamların axşamlar orada üzməyi ya qaçmağı üçün?”.

 

“Gənclər və İdman Nazirliyi hara baxır?!”

 

Aqil Abbas deyib ki, futboldakı vəziyyətə görə təkcə AFFA günahkar deyil:

“Hər şeyi təkcə AFFA-nın üzərinə yıxmaq olmaz. O boyda Gənclər və İdman Nazirliyimiz var. Onlar niyə maraqlanmırlar ki, Olimpiya komplekslərində nə iş görülür, neynirlər? Nazirlik uşaq futbolunun inkişafına nəzarət etməlidir”.

 

“Sən özünü Messi, Ronaldo sanırsan?”

A.Abbas Azərbaycan futbolçularının dünya futbolçuları ilə müqayisədə məvaciblərinin az olması ilə bağlı narazılıqlarına da cavab verib:

“Futbol da bir istedad, qabiliyyətdir. Pul yaxşı şeydir, amma futbol pul deyil. Mənə gətirib 100 milyon pul versinlər ki, “Qarabağ”da futbol oyna. Axı mən futbol oynaya bilmirəm. Futbol oynaya bilmirəmsə, niyə mənə çox pul verməlidirlər? Ay azərbaycanlı futbolçu, sən özünü Messi, yaxud Ronaldo sanırsan? Rəşad Sadıqovun yaxşı bir sözü var. Bir dəfə hansısa oyunla bağlı ona dedilər ki, “filankəsin qarşısını niyə kəsmədin?”. Rəşad cavab verdi ki, “o futbolçunun qarşısını kəsə bilsəydim, gedib “Barselono”da oynayaram, burada nə işim var?”.
Sovet dövründə məktəblər, kəndlər, kolxozlar arasında turnirlər, yarışlar keçirilirdi. Nəticədə hər gün haradasa futbol oynanılırdı. İndi bütün bunlar yoxdur. Prezident idmana bu qədər diqqət göstərir, bəs rayon rəhbərləri özü niyə maraqlı deyil bu işdə?

Ümumiyyətlə, komanda uduzanda baş məşqçi ağlamırsa, məşqçi komandadan getməlidir. Azərbaycanlı məşqçilərə it dəyib ki, gedib haranınsa zibilxanasından əcnəbi məşqçi tapıb gətirirlər? Ümid edək ki, nə vaxtsa düzələcək”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bakıya duman çökəcək, külək əsəcək - Sabahın HAVASI 25 Yanvar 2020, 12:59 Könül Nurullayeva Keşlə qəsəbəsində ağsaqqal və dindarlarla görüş keçirib - VİDEO 25 Yanvar 2020, 12:42 İlham Əliyev Ərdoğana başsağlığı verdi: “...məni son dərəcə sarsıtdı” 25 Yanvar 2020, 12:39 Bakıda it dişləyən 4-cü sinif şagirdi öldü - FOTO 25 Yanvar 2020, 12:27 Deputatlığa namizədlərin SAYI... 25 Yanvar 2020, 12:16 Polis 34 şübhəlini saxladı 25 Yanvar 2020, 12:03 Rəsmi Bakı: “Türkiyəyə hər cür yardım göstərməyə hazırıq” 25 Yanvar 2020, 11:52 Koronavirus sürətlə dünyaya yayılır – Beynəlxalq Fövqəladə vəziyyət oluna bilər 25 Yanvar 2020, 11:33 Azərbaycanda SİBİR SOYUQLARI - 19 dərəcə şaxta olub, qar örtüyü 30 sm-a çatıb  25 Yanvar 2020, 11:18 Naqif Həmzəyev Gəncənin Gülüstan qəsəbəsinin sakinləri ilə görüşüb - VİDEO 25 Yanvar 2020, 11:15 Novruz Aslanovun təşviqat kampaniyası 33 kəndi əhatə edib - FOTOLAR 25 Yanvar 2020, 11:10 Bakı sakini Belarus arağından zəhərləndi 25 Yanvar 2020, 11:08 Fəzail Ağamalı 2 kəndin sakinləri ilə görüşdü - VİDEO 25 Yanvar 2020, 10:59 Xırdalanda bu gün işıq kəsiləcək 25 Yanvar 2020, 10:45 Azərbaycanın tarixi və mədəniyyət abidələri “bərpa” etmək adı altında “erməniləşdirilir” - BƏYANAT 25 Yanvar 2020, 10:30 Kamran Bayramovun seçicilərlə görüşü - FOTOLAR 25 Yanvar 2020, 10:23 Gələcəkdə bizi nə gözləyir – REKTOR YAZIR 25 Yanvar 2020, 10:12 Naftalan sakini qidadan zəhərlənərək ölüb 25 Yanvar 2020, 10:05 Nazirlik 40 mindən çox şəxsə elektron qaydada müavinət təyin olunub 25 Yanvar 2020, 09:55 Bakıda sərnişin avtobusu yoldan çıxdı - yaralılar var 25 Yanvar 2020, 09:46 Kənd sakinlərinin icra başçısından 4 xahişi - FOTOLAR 25 Yanvar 2020, 09:39 Milli Qəhrəmanların parlament gözləntiləri: ÇAĞIRIŞ EDƏN DƏ OLDU, “O SEÇİLSƏ, SONUMUZ  NECƏ OLACAQ” deyən də   25 Yanvar 2020, 09:30 Ermənilər Baş Qərvəndi atəşə tutdu 25 Yanvar 2020, 09:25 Yerə nəhəng asteroid yaxınlaşır - TƏHLÜKƏ 25 Yanvar 2020, 09:07 Türkiyədə güclü zəlzələ: binalar uçdu, ölü sayı 20-yə çatdı - YENİLƏNİB 25 Yanvar 2020, 08:54 Zəlzələ bölgəsində əhaliyə pulsuz internet verildi 25 Yanvar 2020, 01:03 Yağlıvənd də Vüqar Bayramova tam dəstək verdi - FOTOLAR 25 Yanvar 2020, 00:46 Rusiya XİN-də Qarabağ müzakirəsi 25 Yanvar 2020, 00:29 Azərbaycanın Türkiyədəki səfirliyində “qaynar xətt” yaradıldı 25 Yanvar 2020, 00:12 35 saylı dairənin sədri istefa verdi: SƏBƏBLƏR 24 Yanvar 2020, 23:47 ABŞ 34 əsgərinin yaralandığını etiraf etdi 24 Yanvar 2020, 23:33 Rəşad Mahmudov növbəti görüşünü şəhid ailəsi ilə keçirib – FOTO 24 Yanvar 2020, 22:56 Bakıda təcili tibbi yardım avtomobili qəzaya uğradı 24 Yanvar 2020, 22:22 İslahatlar Naminə Açıq Media Bloku - İNAM yaradıldı 24 Yanvar 2020, 22:03 Beyləqanda  məcburi köçkünlər Vüqar Bayramovu böyük sevgi ilə qarşılayıb - FOTOLAR 24 Yanvar 2020, 21:46
SORĞU Yeni parlamentdə kimlər olsun?