Modern.az

Nadir mavi almaz 14,9 milyon dollara satıldı

Nadir mavi almaz 14,9 milyon dollara satıldı

22 Noyabr 2019, 00:32

CAR-da hasil olunan ümumi çəkisi 20,08 karat olan emal olunmamış nadir mavi almaz 14,9 milyon dollara satılıb.

Modern.az  xəbər verir ki bu barədə SABC radioşirkəti məlumat yayıb.

Milli.Az bizplus.az-a istinadən bildirir ki, almazın hasil edildiyi "Petra Diamonds Cullinan" adlı şaxtanın baş direktoru Riçard Daffi bildirib:

"Biz almazın satış qiymətindən çox razıyıq. Bu razılaşma mavi almazların dəyərini izah edir".

Məhz həmin şaxtada 1905-ci ildə dünyanın ən böyük almazı (3106 karat - 621,35 qr) hasil edilib. Vaxtilə həmin almaz Britaniya monarxı VII Eduarda göndərilib.

Sonuncu mavi almazın alıcısının adı isə hələlik açıqlanmır.

Whatsapp
Bizə yazın!
Keçid et
TÜRK DEVLETLERİ ülkeleri arası VİZESİZ dolaşım ne zaman?