Modern.az

Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ

Məhəbbət Vəliyevadan məktəb direktorlarına XƏBƏRDARLIQ

22 Noyabr 2019, 17:36

“Son 15 ildə 3216 məktəb binası tikilərək və ya əsaslı təmir olunaraq istifadəyə verilib”.

 

Modern.az xəbər verir ki, bunu APA-ya Təhsil nazirinin müavini Məhəbbət Vəliyeva deyib.

 

Nazir müavini bəzi məktəb direktorlarının onlar üçün yaradılan şəraitə biganə qaldığını vurğulayıb: “Vacib məsələlərdən biri yaradılan bu şəraitə uyğun keyfiyyətli təhsil prosesini yaratmaq, dövlətin istifadəyə verdiyi əmlakı qoruyub saxlamaqdır. Elə məktəblərimiz var ki, uzun illər əvvəl təmir olunmasına baxmayaraq, dövlət əmlakına diqqətlə yanaşılıb və qorunub. Amma təəssüf ki, bəzi məktəblərimizin bu məsələyə daha ciddi yanaşması zərurəti yaranıb. Fürsətdən istifadə edib, üzümü məktəb rəhbərlərinə tutub demək istəyirəm ki, məktəbi qoruyub saxlamaq üçün ciddi qayda-qanun yaradılmalı, nizam-intizam qaydalarına əməl olunmalıdır".

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir