Modern.az

Kəndlilərə şad xəbər - Subsidiyaların məbləği artırılıb

Kəndlilərə şad xəbər - Subsidiyaların məbləği artırılıb

27 Noyabr 2019, 11:37

“Cənab Prezident fərman verib ki, əkin subsidiyaları artırılsın”.

 

Bunu Modern.az-a açıqlamasında Kənd Təsərrüfatı Nazirliyinin mətbuat katibi Vüqar Hüseynov bildirib.

 

O, qeyd edib ki, artıq Aqar Subsidiya Şurası yaradılıb.

 

“Bu il senytabrın əvvəlindən bildirilib ki, aqrar subsidiyalar yeni qaydada - elekron sistem üzərindən veriləcək. Həmin sistemdə subsidiyalar əmsallara görə verilir. Qeyd edim ki, buğdada 1.0 əmsalı götürülüb. Buğdaya düşən subsidiya əvvəl 90 manat idisə, indi 200 manat ödəniləcək”, - deyə mətbuat katibi bildirib.

 

Qərara əsasən, baza məbləği 200 manat olmaqla 2020-ci ildə əkin əmsalları və əkin subsidiyasının məbləği kənd təsərrüfatı bitkiləri üzrə aşağıdakı kimi müəyyən olunub:

 

Bitki  növləri Əkin əmsalı Əkin subsidiyası (manat/ha)
Buğda 1,0 200
Çəltik 1,4 280
Soya 1,3 260
Sorqo 0,5 100
Digər dənli və dənli paxlalılar (arpa, covdar, darı, vələmir, noxud, mərci və s.) 0,8 160
Qarabaşaq 0,9 180
Yer fındığı 0,9 180
Zəfəran 2,0 400
Günəbaxan 1,0 200
Tütün 1,4 280
Pambıq 1,1 220
Şəkər çuğunduru 1,4 280
Kartof 1,2 240
Tərəvəz 1,2 240
Bostan bitkiləri 1,1 220
Digər bitkilər 0,5 100
Üzüm:    
                           bağın salındığı ildən ilk 4 il ərzində 3,0 600
                           4 ildən sonrakı illər üzrə 1,2 240
Çay:    
                           plantasiyanın salındığı ildən ilk 7 il ərzində 3,5 700
                           7-ci ildən sonrakı illər üzrə 1,2 240
İntensiv meyvə bağları (qərzəklilər istisna olmaqla)    
                           bağın salındığı ildən ilk 4 il ərzində 4,0 800
                           4 ildən sonrakı illər üzrə 1,2 240
İntensiv qərzəkli meyvə bağları    
                           bağın salındığı ildən ilk 4 il ərzində 2,0 400
                           4 ildən sonrakı illər üzrə 1,2 240
Digər meyvə bağları 1,2 240
Giləmeyvəlilər 1,0 200
Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi