Modern.az

Bir ailənin 4 üzvü ZƏHƏRLƏNDİ

Bir ailənin 4 üzvü ZƏHƏRLƏNDİ

29 Noyabr 2019, 09:53

Biləcəri 5-ci Şimal küçəsində yerləşən fərdi yaşayış sahəsində bir ailənin 4 üzvü zəhərlənib. Səhiyyə Nazirliyindən Modern.az-a verilən məlumata görə, zəhərlənmə barədə məlumat Təcili Tibbi Yardıma saat 22:27 də daxil olub:

"Ünvana gələn Təcili Tibbi Yardım briqadasının həkimləri evdən 11 və 16 yaşlı qızları, onların 37 yaşlı anasını və 59 yaşlı nənəsini götürüblər. Azyaşlılar 2 saylı uşaq xəstəxanasına, ana ilə nənə isə KTM-ə çatdırılıblar. Həkimlərlə söhbət zamanı xəstəxanaya çatdırılanlar istifadə müddəti bitmiş yağ yemələrini bildiriblər. Hal hazırda müalicələri davam edir. Səhər saat 09:07 üçün 2 saylı uşaq xəstəxanasından aldığımız məlumata görə qızlara lazımı tibbi yardım göstərilib, həyatları üçün təhlükə yoxdur". Rəsmi məlumata görə, müalicələri bitdikdən sonra yaxın günlərdə evə yazılacaqlar: "Kliniki Tibbi Mərkəzdə olan ana ilə nənə isə ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıblar".

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir