Modern.az

Paşinyan Qarabağda Azərbaycana qarşı alınmış yeni silahlara baxdı - FOTOLAR

Paşinyan Qarabağda Azərbaycana qarşı alınmış yeni silahlara baxdı - FOTOLAR

Qarabağ

2 Dekabr 2019, 10:34

Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri davam edir.

 

Modern.az Ermənistan  KİV-nə istinadən xəbər verir  ki, Paşinyan ötən gün Qarabağdakı işğalçı qüvvələrin kəşfiyyat xidmətinə alınmış yeni silahlarla tanış olub.

Bu silahlar arasında snayper, avtomat, rabitə vasitələri və s. olub.

Bundan başqa, separatçı rejimin rəhbəri Bako Saakyan və yerli siyasi liderlərlə görüşən Ermənistan baş naziri sərt çıxışlar edib. O, Qarabağda 2020-ci ilin martında baş tutacaq "prezident seçkiləri"nin insidentsiz keçirilməsi ilə bağlı "Qarabağ klanı"na xəbərdarlıq edib.  

 

Xatırladaq ki, Paşinyan noyabrın 30-da gözlənilmədən Qarabağa səfər edib.

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü