Modern.az

Milli Qəhrəmanın həyat yoldaşı Paşinyanın arvadına: “Onun fikirləri həyasızlığın son həddidir”

Milli Qəhrəmanın həyat yoldaşı Paşinyanın arvadına: “Onun fikirləri həyasızlığın son həddidir”

Ölkə

5 Dekabr 2019, 12:18

Ermənistanın baş naziri Nikol Paşinyanın arvadı Anna Akopyan Azərbaycan Prezidentinin xanımı, Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevanı Dağlıq Qarabağda muğam dinləməyə dəvət edib.

Anna Akopyanın sözlərinə görə, buna səbəb bir neçə gün bundan əvvəl Mehriban Əliyevanın Telegram şəbəkəsində "Bizim vahid arzumuz “Qarabağ şikəstəsi”ni Qarabağ torpağında birlikdə eşitməkdir!" məzmunlu status yazması olub.

"Mən bilirəm, o (Mehriban xanım), bunu təxminən hansı mənada yazıb. Mən indi Mehriban Əliyevanı Qarabağa dəvət etmək istəyirəm və o, bizim qonağımız ola bilər. Erməni xalqı və “artsaxlılar” (qarabağlılar) qonağı necə qarşılamaq və hörmət göstərməyi yaxşı bilirlər", - Anna Akopyan deyib.

"Bu, həqiqətən dəvətdir", - deyə Anna Akopyan əlavə edib ki, "ermənilərə xas olan qonaqpərvərlik ənənələri üzrə" Mehriban xanımın Qarabağda sevimli muğamını dinləmək arzusu yerinə yetər.


Milli Məclisin Xankəndidən olan deputatı Flora Qasımova Modern.az-a açıqlamasında məsələyə münasibət bildirib:

“Axı Anna Akopyan Mehriban xanımın səviyyəsində olan adam deyil ki, onun sözünə  diqqət edək!”,-deyə xanım deputat  əlavə edib.


Flora Qasımova deyib ki, onlar küçədən yığılıb gələn adamlardır:

“Ataların belə bir misalı var: “Kor atın kor da nalbəndi olar”. Ermənistan bu günə kimi ciddi bir dövlət belə, qura bilməyib. Onlardan nə gözləmək olar?!

Mehriban xanımın səsləndirdiyi fikirlər, gördüyü işlər göz önündədir. Bunlar küçədən yığılıb gələnlərdir. Nikol Paşinyan və Anna Akopyan nə Mehriban xanım, nə də cənab Prezidentimizə uyğun adamlardır. Anna Akopyanın bu cür fikirlər səsləndirməsi həyasızlığın son həddidir. “Keçinin ölümü gələndə buynuzunu çobanın ağacına sürtür” deyərlər. Bunlar da belədir. Onlar bilmirlər ki, Azərbaycanı necə qızışdırsınlar. Elə-belə danışmaqla deyil”.


Deputatın sözlərinə görə, Anna Akopyan belə danışmaqla bir daha işğalçı olduqlarını ortaya qoyub:

“Ermənistan Qarabağı işğal edərək, orada cinayətkar, terrorçu, separatçı qurum ayardıb. Onlar heç vaxt istəməz ki, iki ölkə arasında münaqişə sülh yolu ilə həll olunsun. Nə vaxt ki, irəliləyişə nail olmaq istəyirik, onlar dərhal təxribat törədir, müxtəlif bəyanatlar verirlər. Əmindirlər ki münaqişə həll olunsa, cinayətkar əməlləri üzə çıxacaq və cəzalarını ən ağır formada alacaqlar”. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyada dəhşət Ukrayna Vampirləri işə saldı