Modern.az

“Azərbaycanlıların yaşadığı bütün ölkələrə dərsliklər göndəriləcək” – Komitə sədri

“Azərbaycanlıların yaşadığı bütün ölkələrə dərsliklər göndəriləcək” – Komitə sədri

5 Dekabr 2019, 13:31

"Diasporla İş üzrə Dövlət Komitəsi xaricdə yaşayan azərbaycanlılar üçün hazırlanan xüsusi Azərbaycandilli dərsliklərin gələn ildən paylanılmasına başlayacaq".

 

Modern.az xəbər verir ki, bunu Dövlət Komitəsinin sədri Fuad Muradov Yeni Azərbaycan Partiyasının (YAP) qərargahında keçirdiyi mətbuat konfransında deyib.

 

Onun sözlərinə görə, azərbaycanlıların yaşadığı bütün ölkələrə bu dərslik göndəriləcək: "Çox yaxşı bir nəşr alınıb. Ümid edirəm ki, bu dərsliklər öz müsbət nəticələrini verəcək".

 

Qeyd edək ki, sözügedən dərsliklər baxılması üçün Təhsil Nazirliyinə təqdim edilib.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir