Modern.az

1 ildə 5-ci görüş - Məmmədyarov erməni həmkarı ilə 3 saat nə danışıb?

1 ildə 5-ci görüş - Məmmədyarov erməni həmkarı ilə 3 saat nə danışıb?

5 Dekabr 2019, 14:03

Azərbaycan və Ermənistan xarici işlər nazirləri Elmad Məmmədyarovla Zoqrab Mnatsakanyanın növbəti görüşü keçirilib.


Modern.az
xəbər verir ki, bu dəfəki görüş son 1 ildə sayca 5-ci olub.

 

ATƏT-in Minsk Qrupunun həmsədrlərinin  vasitəçiliyi ilə baş tutan görüş zamanı atəşkəs rejiminin möhkəmlənməsi, xalqların sülhə hazırlanması və jurnalistlərin qarşılıqlı səfərlərinin davamı müzakirə olunub.

Nazirlərin görüşünün 3 saatdan çox davam etdiyi vurğulanır.

Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən verilən məlumatda qeyd olunur ki, görüşdə tərəflər münaqişənin həlli ilə bağlı mövcud vəziyyəti və onun gələcəkdə sülh yolu ilə həlli istiqamətləri ətrafında müzakirələr aparıblar. Nazirlər danışıqların davam etdirilməsi və gələn ilin əvvəllərində növbəti görüşün keçirilməsi barədə razılığa gəliblər.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?