Modern.az

“Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” - DEPUTAT

“Tural Gəncəliyevə dedik ki, arxanda biz dayanmışıq, heç nədən çəkinmə!” - DEPUTAT

5 Dekabr 2019, 16:18

“Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasının rəhbəri Tural Gəncəliyevlə Brüsselə səfərindən əvvəl parlamentdə görüşdük. Ona dedik ki, biz
sənə dəstək olacağıq, heç nədən çəkinmə”.


Bunu Modern.az-a açıqlamasında deputat Aqil Abbas deyib. O icmaya dəstək məqsədilə yeni fond yaradılmasının zəruriliyini bildirib.


“Tural Gəncəliyevə dedik ki, icmaya kömək məqsədilə fond yaradılsın, xalq da kömək etsin. Çünki icmaya başqa ölkələrə səfər etmək üçün maliyyə dəstəyi lazımdır. Deputatlar da bu təklifi dəstəklədi. Mən Tural Gəncəliyevlə şəxsən görüşəndə də demişdim ki, aktiv ol, passsiv olma, arxanda biz dayanmışıq. Erməni icma üzvlərini dəstəkləyən lobbi qüvvələr onların bu dəqiqə hər yerə yayılması üçün əlləindən gələni edir. Onlar müxtəlif ölkələrdə, Rusiyada, ABŞ-da nümayəndəliklər açıblar. Yaxşı olardı ki, Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının üzvləri də bu cür nümayəndəliklərin açılması üçün təşəbbüs göstərsinlər. Ermənilər harada aktivlik göstərib nümayəndəlik açırlarsa, azərbaycanlı icma üzvləri də həmin yerlərdə eyni aktivliyi göstərməlidir. Düşmən harada, biz orada”.


Qarabağ qazisi, jurnalist Rey Kərimoğlu
icmanın həqiqətən uğurlu işlərə imza atmaq istəyinin hiss olunduğunu bildirib.


“Son zamanlar həyata keçirilən aktivliyi, təşkil edilən görüşləri yüksək qiymətləndirirəm. Hiss olunur ki, icma həqiqətən uğurlu işlərə imza atmaq istəyir. Lakin sanki icmanın fəaliyyətinə mane olmaq istəyən qüvvələr də var. Qarabağ məsələsini gündəmdə saxlamaq, tədbirlər keçirmək, araşdırmaların aparılması və təhlillərin edilməsi icmanın əsas işlərindən biridir. Eyni zamanda, icma Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ictimai şəxsləri, QHT-ləri cəlb etməlidir. Qarabağdan olan insanların həyat və fəaliyyəti ilə maraqlanmalı, onların içərisindən tanınmış insanları tapıb cəmiyyətə təqdim etməlidir. İcma Dağlıq Qarabağı azad edəsi deyil, bu onun vəzifəsi xaricindədir. Sadəcə olaraq, sadaladığım bu öhdəlikləri davamlı surətdə həyata keçirməli, ölkə xaricində mövcud problemi işıqlandırmalıdır”.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi