Modern.az

İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi

İpoteka və Kredit Zəmanət Fondunun büdcəsi təsdiq edildi

Aktual

5 Dekabr 2019, 17:53

5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun (Fond) Himayəçilik Şurasının iclası keçirilib.

 
Bu barədə Modern.az-a Fonddan məlumat verilib.

İclasda Fondun fəaliyyət istiqamətləri üzrə görülmüş işlər və cari vəziyyət müzakirə olunub. Eyni zamanda, iclasda Fondun 2020-ci il üzrə büdcəsi təsdiq edilib.

 
Qeyd edək ki, Fondun Nizamnaməsinə uyğun olaraq Himayəçilik Şurasının Azərbaycan Respublikası Prezidenti Administrasiyası, Maliyyə Nazirliyi, İqtisadiyyat Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan Mərkəzi Bankının nümayəndələrindən ibarət olmaqla 5 nəfər üzvü var.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü