Modern.az

Daxili orqanında 142 metadon həbi aşkar edildi

Daxili orqanında 142 metadon həbi aşkar edildi

5 Dekabr 2019, 19:50

Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İrandan piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və sorğu-sual edilib.

 

Dövlət Gömrük Komitəsindən Modern.az-a verilən məlumata görə, vətəndaşın üzərində şəxsi yoxlama zamanı qanunla qadağan olunan heç bir predmet aşkar edilməyib. Lakin təkrar sorğu-sualdan sonra o, daxili orqanında narkotik vasitə gizlətdiyini etiraf edib.

 

Daha sonra Astara Rayon Mərkəzi Xəstəxanasına aparılan həmin şəxsin düz bağırsağında 1 büküm, üzərində "M40" nişanəsi olan 142 ədəd metadon adlı həb aşkarlanıb.

Xatırladaq ki, metadon "Azərbaycan Respublikası ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.

 

Faktla bağlı araşdırma aparılır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...