Modern.az

Milli Məclisin adı dəyişdirilsin! - Ziyalılardan maraqlı TƏKLİF

Milli Məclisin adı dəyişdirilsin! - Ziyalılardan maraqlı TƏKLİF

Ölkə

6 Dekabr 2019, 09:53

Ziyalılar hazırda gündəmin ən çox müzakirə olunan məsələsi  - Milli Məclislə bağlı maraqlı təklif səsləndiriblər.

Modern.az saytının məlumatına görə, təklifi yazıçı-dramaturq Firuz Mustafa ictimailəşdirib.

F.Mustafa həmkarı ilə birgə Milli Məclisin adının dəyişdirilməsini təklif edib.

“Bu günlərdə tanınmış türkoloq, hörmət bəslədiyim təvazökar dilçi alim Şahlar Göytürk bir təklif vermişdi. "Milli Məclis əvəzinə Millət Məclisi deyilməlidir".
Nəsə bu təklifə az reaksiya oldu. Zənnimcə çox doğru yanaşmadır. Nə üçün? Çünki biz "Milli Məclis" deyiriksə, onda məntiqlə gərək deputata da "milli vəkil" deyək.
Hesab edirəm ki, iki aylıq "istirahətdən" sonra fəaliyyətə başlayacaq Milli Məclisin yeni üzvləri bu məsələni müsbətə doğru həll edəcək”,-deyə Firuz Mustafa bildirib.

Ölkə Prezidentinin sərəncamı ilə 5 dekabr 2019-cu il tarixində Azərbaycan Respublikasının Milli Məclisi rəsmən buraxılıb, 9 fevral 2020-ci il tarixinə isə növbədənkənar parlament seçkisi təyin edilib.

Qeyd edək ki, qardaş Türkiyə Cümhuriyyətində qanunverici orqan Böyük Millət Məclisi, onun üzvləri isə məllət vəkili adlanır.


A.Qorxmaz

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyada ağır döyüşlər: Ukrayna partizanları əraziləri bombalayır