Modern.az

Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR

Ölkə vətəndaşları Mehriban Əliyevanın təşəbbüsünə qoşulublar - FOTOLAR

6 Dekabr 2019, 11:50

"Bu günü Azərbaycanın ekologiya tarixində özəl gün adlandırmaq olar. Nəsiminin 650 illik yubileyi münasibətilə Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə bir gün ərzində 650 min ağac əkiləcək. Hesab edirəm ki, bu, miqyas etibarilə çox böyük aksiyadır".

Modern.az xəbər verir ki bunu jurnalistlərə açıqlamasında Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi, Baş nazirin müavini Əli Əhmədov deyib. Onun sözlərinə görə, vətəndaşlar Mehriban Əliyevanın bu təşəbbüsünü yüksək əhval-ruhiyyəylə qarşılayırlar:

"Azərbaycanın bir çox kəndlərində, qəsəbələrində insanlar böyük coşquyla yaşıllıq zolağının salınmasına, ağacların əkilməsinə dəstək verərək, kampaniyaya qoşulublar. Əkilən ağaclar Azərbaycanın ekoloji şəraitini yaxşılaşdıracaq".

Ə.Əhmədov qeyd edib ki, bir neçə ildən sonra bu ağaclar böyüyəcək və yaşıllıq zolaqları daha da artacaq:

"Beləliklə Azərbaycan təbiətinin yaxşılaşmasına böyük köməklik göstərmiş olacaq. Bütövlükdə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi altında böyük quruculuq, abadlıq işləri həyata keçirilir. Əhalinin yaşaması üçün rahat, əlverişli şərait yaradılır. Vacib komponentlərdən biri də insanları yaxşı ekoloji mühitdə, təmiz hava şəraitində yaşamasının təmin edilməsidir. Bu ağacların əkilməsi həmin məqsədə xidmət göstərir".

O vurğulayıb ki, YAP kampaniyanı ürəkdən dəstəkləyən qurumlardan biridir:
"YAP-ın çoxlu üzvləri müxtəlif rayonlarda bu kampaniya iştirak edirlər. Güman edirəm ki, ən fəal iştirak edən YAP-ın üzvləri olacaq"

 

Whatsapp
Bizə yazın!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü