Modern.az

Bakıda bayram yarmarkaları təşkil ediləcək

Bakıda bayram yarmarkaları təşkil ediləcək

6 Dekabr 2019, 12:35

Kənd təsərrüfatı nazirliyi tərəfindən dekabrın 21-dən 30-na qədər 10 gün müddətində “Kənddən şəhərə” bayram yarmarkaları təşkil edələcək. Bunu Modern.az-ın sorğusuna cavab olaraq,“Aqrar Tədarük və Təchizat” ASC-nin mətbuat katibi Mayis Musayev bildirib.

M.Musayevin sözlərinə görə, bayram yarmarkalarının keçiriləcəyi ünvanların sayı artırılıb:

“İndiyədək 4 yarmarka fəaliyyət göstərirdi. Adi vaxtlarda şənbə-bazar günləri fəaliyyət göstərən yarmarkalar  bayram günlərində gündəlik rejimə keçəcəklər. Bunlar “Gənclik” metrostansiyasının yaxınlığında, Yasamalda, Binəqədidə, Xırdalandadır. Təşkil olunacaq 5-ci yarmarkanın ünvanı gələn həftə dəqiqləşəcək. Bununla da 5 yarmarkamız 10 gün müddətində gündəlik olaraq fəaliyyət göstərəcək”.

 

M.Musayev deyib ki, məhsul satışı ilə bağlı bütün bölgələr üzrə fermerlərə müraciət edilib:

“Bayramla əlaqədar öz məhsullarını satmaq istəyənlər üçün şərait yaradılıb. Həm aqrar inkişf mərkəzləri vasitəsilə, həm də regional idarələr vasitəsilə fermerlərə müraciət edilir.

Yarmarkalarda bayaramla əlaqədar olaraq, alıcılara əsasən meyvə-tərəvəz, qoz-fındıq, çərəzlər, quru meyvələr, ət məhsulları təklif ediləcək”.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir