Modern.az

Belə millət vəkillərimiz də olub!

Belə millət vəkillərimiz də olub!

Aktual

6 Dekabr 2019, 15:25

1906-cı ildə Yelizavetpol (Gəncə) quberniyasından I Dövlət Dumasına seçilən İsmayıl xan Ziyatxanovun (1867-1920, Azərbaycan Cümhuriyyətinin ilk hökumətində hərbi işlər üzrə müvəkkil, Gəncə üsyanından sonra bolşeviklər güllələmişdilər) Dumanın 12 iyun 1906-cı il tarixli iclasındakı çıxışından:

“Əgər Rusiyanı bir dənizə, Qafqazı da onun sahilinə bənzətsək, onda bu dənizin nə qədər gərəksiz, boş və mənəviyyatsız məxluq varsa, hamısını bizim Qafqaz sahillərinə atdığını, həmin adamların isə burada mahiyyət etibarı ilə əxlaqsız bir rejimin ən sədaqətli məmurlarına çevrildiklərini görürük. Diyarımızda dövlət idarəçiliyinin idealı rüşvət və zülm üzərində bərqərar olub. Kim 90 yaşlı bir qocanın son tikəsini də əlindən qoparıb almağı bacarırsa, o ən yaxşı məmur sayılır”.

“Torpaqlarımız bir əsr əvvəl işğal edilib, Bizə heç bir hüquq verilməyib. Qul halına salınmışıq. Milli varlığımıza təcavüz edilib. Bəzi ali məktəblərə daxil olmağımıza qadağa qoyulub. Dövlət idarələrində türk məmurlara rast gəlmək mümkün deyil. Əkinə yararlı torpaqların azlığından əziyyət çəkirik. Lakin buna baxmayaraq diyarımıza Rusiyadan axın-axın kəndlilər köçürülür. Birbaşa dövlətin əli ilə törədilən milli qırğın zəminində qana boyanmış bu torpaqlarda rus kəndliləri üçün yaşayış məskənləri salacaqsınız. Bu, hökumətin gizli şəkildə həyata keçirdiyi “Parçala və hökm sür!” siyasətindən başqa bir şey deyil. İki ildən bəri qan dənizində boğulan Vətənimizdə cəsədlərin üstü ilə addımlayırıq. Daha səbrimiz tükənib”.


Tərcümə Vilayət Quliyevindir

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Əskipara kəndinə getmək istəyən jurnalistlər belə saxlanıldı