Modern.az

Etibar Məmmədovdan növbədənkənar seçki AÇIQLAMASI

Etibar Məmmədovdan növbədənkənar seçki AÇIQLAMASI

7 Dekabr 2019, 09:00

2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkiləri ölkədə siyasi aktivliyi xeyli yüksəldib. Bu seçkilərdə namizəd kimi iddialılar daha çoxdur. Hətta zamanında siyasətdən getmiş simalar da seçkilərə qatılacaqlarını bəyan edirlər.

 

Bu sırada Azərbaycan Milli İstiqlal Partiyasının lideri Etibar Məmmədovun da adı çəkilir.

 

Modern.az xəbər verir ki, əməkdaşımıza açıqlamasında Etibar Məmmədov bu məsələni geniş şərh etməyərək, “parlament seçkilərində iştirak etmək niyyətində deyiləm”, - deyə bildirib.

 

 

Qeyd edək ki, dekabrın 5-də Prezident İlham Əliyev Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisinin buraxılması və Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin təyin edilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən Azərbaycan Respublikasının beşinci çağırış Milli Məclisi buraxılıb, Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib.

 

Bundan sonra Milli Məclisə namizədlik uğrunda mübarizə aparacaq şəxslərin siyahısında Etibar Məmmədovun da adı qeyd edilirdi. Onun parlament seçkilərində namizəd olacağı haqqında iddialar sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

 

Xatırladaq ki, Etibar Məmmədov AMİP-in qurucusu və ilk sədridir. O, Azərbaycan Milli Azadlıq Hərəkatının liderlərindən və müstəqillik aktına imza atan siyasətçilərdəndir. 2005-ci il parlament seçkilərindən sonra Etibar Məmmədov aktiv siyasətdən uzaqlaşıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Son dəqiqə- Paşinyan Qazaxın Əskipara kəndinə gəldi