Arxiv
7 Dekabr 2019, 10:10 | HADİSƏ
QHT - media əməkdaşlığı: Ekspertlərdən təklif gəldi

Azərbaycanda qeydiyyatdan keçən Qeyri-Hökümət Təşkilatların sayı kifayət qədərdir. QHT-lər müxtəlif sahələrdə araşdırmalar aparır, layihələr həyata keçirir. Təbii ki, görülən işlərdən cəmiyyətin digər üzvlərinin də xəbərdar olması üçün QHT və media əməkdaşlığı olmalıdır.

 

Maraqlıdır, bəs bu sahədə bizdə vəziyyət necədir? Media ilə QHT-lərin əməkdaşlığı hansı səviyyədədir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan “Yeni Nəsil” Jurnalistlər Birliyinin sədri Arif Əliyev QHT-lərin media ilə sıx əlaqədə olmağının vacibliyini bildirib:

 

“Azərbaycanda QHT daha çox 90-cı illərin sonundan etibarən formalaşmağa başlayıb. QHT-lərin bəziləri bir çox layihələr həyata keçirərək, media ilə ciddi əməkdaşlıq konsepti formalaşdırıb. Amma həm QHT-lər, həm də media təxminən 10 ildə bəzi dövlət strukturlarının gərgin əməyi nəticəsində elə bir hala gəldi ki, media ilə əlaqə axtalanmış vəziyyətə düşdü. QHT-lərin isə böyük əksəriyyətinin fəaliyyəti dayandı, ya da hesabları həbsdədir. İndiki vəziyyətdə media ilə QHT-lərin əməkdaşlığının bərpası müşküldür, gərək bu sahədə çox işləyəsən. QHT-lərlə KİV-in əməkdaşlığı dövlətin üzərindən bəzi funksiyaları götürür, beləcə bu da işlərin tezləşdirilməsinə gətirib çıxarır. Ekologiya, əlillik sahəsində, cəmiyyətin aztəminatlı hissəsi barədə işlər görən QHT-lərin olması dövlətin üzərindəki ağır iş rejimini yüngülləşdirməklə bərabər, cəmiyyətin də narazılığını aradan qaldırmış olar. Eyni zamanda, cəmiyyətdə vətəndaş sülhünün yaranmasında, ictimai münasibətlərin normallaşmasında QHT-lərin böyük rolu var. Məhdud dairədə QHT heç nə edə bilməz, gərək QHT media ilə sıx əlaqədə olsun”.

 

“Humanitar Araşdırmalar Cəmiyyəti”nin rəhbəri Əvəz Həsənov QHT-nin məqsədinə çatmaq, cəmiyyətin marağını qazanmaq üçün media ilə əlaqə saxlamasının mütləq olduğunu qeyd edib:

 

“Əgər QHT-lər mətbuatla lazımi əməkdaşlığı edə bilmirsə, o zaman öz sözlərini ictimaiyyətə çatdırmaqda çətinlik çəkərlər. Azərbaycanda QHT-lər publika ilə təmasda da çətinlik çəkirlər. Hansısa bir tədbiri keçirib ora 10-15 adamı yığmaqla, təşkilat olaraq işlərinin yekunlaşdığını düşünürlər. Əgər QHT olaraq sən cəmiyyətin vacib mövzusunu gündəmə gətirirsənsə, iddianın olub-olmamasından asılı olmayaraq təşkilatının piarı ilə məşğul olmalısan. Bu edilmədikdə QHT-nin adi klubdan fərqi yoxdur. Cəmi 10-15 QHT olar ki, onlar xarici ölkələrlə çox yaxşı işlər görürlər, lakin o QHT-ləri də ölkə daxilində qəbul etmirlər. Bu QHT-lərin qəbul edilməməsi heç də hökumətdən asılı deyil. Sadəcə, ölkə daxilində öz işini bacarmayan QHT-lər var ki, onlar öz həmkarlarını hökumət yanında gözdən salmağa çalışırlar”.

 

Ə.Həsənov əlavə edib ki, bu gün hökumətin real işləyən QHT-lərə ehtiyacı var, nəinki quyruq bulayan QHT-lərə:

 

“Baxırsan ki, idarəetmə strukturundan parlament strukturuna qədər islahatlar tətbiq edilir, yenilənmə gedir. QHT nümayəndəsi kimi bu islahatların QHT sferasında da baş verməsini istəyərdim. Bacarıqlı insan ayağa qalxıb bu sahədə işini görsün, bacarıqsız kiminsə hesabına yaradılan, xarici fondların marağına işləyən QHT-lərdə isə islahatlar həyata keçirilsin. Bəlkə o zaman bu platformada inkişaf olar. Bütün bu sadaladıqlarım eyni zamanda siyasi parrtiyalara da aiddir. Artıq 10 ildir ki, deyirəm islahat olmasa QHT-lərin hamısı oyuncaq kimi qalacaq, onların işinin effektivliyi olmayacaq”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“Apple”in rəhbəri milyarder oldu 12 Avqust 2020, 16:50 İlham Zəkiyev sədr seçildi 12 Avqust 2020, 16:45 İlham Əliyev taksi sürdü - VİDEO 12 Avqust 2020, 16:39 Azərbaycanda koronavirusa yoluxanların sayı yenə artır - daha 2 nəfər öldü 12 Avqust 2020, 16:33 Bayden Konnektikutedə ilkin seçkilərdə qələbə qazanıb 12 Avqust 2020, 16:27 Diaspor hərəkatının dönüş nöqtəsi - 1-ci hissə 12 Avqust 2020, 16:22 Niderlandda ən böyük narkolaboratoriya  bağlandı 12 Avqust 2020, 16:17 Kürdəmirdə “Mercedes” traktora çırpılıb, ölən var 12 Avqust 2020, 16:12 Qubaya istirahətə gələn 7 nəfər cərimələndi 12 Avqust 2020, 16:06 Məktəblərdə bir dərs 35 dəqiqə, tənəffüs müddəti isə 10 dəqiqə olsun - TƏKLİF 12 Avqust 2020, 16:00 Nazir Xəzər sahilinin təmizlənməsi prosesində - Foto 12 Avqust 2020, 15:55 Prezident Əli Əsədova daha bir yüksək vəzifə verdi - SƏRƏNCAM 12 Avqust 2020, 15:50 Pərvin Kərimzadə: “Qarabağ” dayaq blokunun istifadəyə verilməsi mühüm hadisədir 12 Avqust 2020, 15:48 Vilayət Eyvazov onu DYP-yə rəis TƏYİN ETDİ 12 Avqust 2020, 15:45 “Məsləhətləşmələr aparılır”: Nazirlikdən yeni tədris ili AÇIQLAMASI 12 Avqust 2020, 15:40 Yas mərasimində iştirak edən 17 nəfər saxlanıldı - FOTOLAR 12 Avqust 2020, 15:34 Azərbaycan Premyer Liqasının yeni mövsümünün püşkü atıldı 12 Avqust 2020, 15:28 Sahibkarlığın İnkişafı Fonduna yeni sədr təyin olundu 12 Avqust 2020, 15:22 İlham Əliyev yeni "London taksi"ləri ilə tanış oldu - FOTOLAR 12 Avqust 2020, 15:16 15 yaşlı qızı zorlayan müəllimlə bağlı hökm ağırlaşdırıla bilər 12 Avqust 2020, 15:10 Azərbaycanda qızıl və gümüş kəskin ucuzlaşdı 12 Avqust 2020, 15:08 Orta məktəblərdə dərsə davamiyyət məcburi olmayacaq 12 Avqust 2020, 15:02 Neft Fondunun gəlirləri niyə azalır? - AÇIQLAMA 12 Avqust 2020, 14:56 190 manat alacaq səxslərin siyahısı banklara göndərildi - RƏSMİ 12 Avqust 2020, 14:54 Məktəblər üçün yeni tədris cədvəlinin hazırlanması təklif edildi 12 Avqust 2020, 14:48 "Barselona"nın futbolçusu koronavirusa yoluxdu 12 Avqust 2020, 14:42 “Gələcəyimiz gənclərdir” festivalı baş tutub - FOTO 12 Avqust 2020, 14:36 Azərbaycanda məhbus qollarını doğradı 12 Avqust 2020, 14:30 Dövlət sahibkarlara 250 manat ödənişinə BAŞLADI 12 Avqust 2020, 14:24 “WhatsApp”da yeni funksiya tətbiq olunacaq 12 Avqust 2020, 14:18 Binəqədidə soyğunçuluq edənlər saxlanıldı 12 Avqust 2020, 14:12 Prezidentin köməkçisi:  “Ermənistanın Milli Təhlükəsizlik Strategiyası sanki saxta tarix dərsliyidir” 12 Avqust 2020, 14:06 Vebinarlar iştirakçılara yeni və müasir biliklər aşılayır 12 Avqust 2020, 14:00 Azərbaycanda koronaviruslu xəstə evi tərk etdi - xəstəxanaya yerləşdirildi  12 Avqust 2020, 13:54 Mədəniyyət nazirinə müşavir təyin olundu 12 Avqust 2020, 13:48