Arxiv
7 Dekabr 2019, 16:10 | AKTUAL
Həmkarlarının Yevda Abramovla bağlı XATİRƏLƏRİ

Milli Məclisin V çağırış deputatı Yevda Abramov uzun sürən xəstəlikdən sonra dekabrın 6-da axşam saatlarında dünyasını dəyişib.

 

Modern.az saytının əməkdaşı Yevda Abramov haqqında həmkarlarından xatirələrini öyrənib.

 

Millət vəkili Fəzail İbrahimli:

“Yevda müəllim Milli Məclisdə öz sözü, səsi olan deputatlardan idi. O, baxmyaraq ki, milliyətcə yəhudi idi, amma ən böyük azərbaycanlıydı. Yevda Abramov bütün məqamlarda dövlətin, millətin xeyirinə öz sözünü deyirdi. O, dövlətə xələl, qüsur gətirən məmurlara qarşı kifayət qədər ciddi arqumentlərlə çıxış edirdi. Bunlar hamısı siyasi müstəvidir”.

 

Fəzail İbrahimli qeyd edib ki, Yevda müəllim insani müstəvidə ömrünün ən şirin dövrünü yaşayırdı.

 

“O, övladlarını yerbəyer etmişdi, əslində indi onun həyatda bir dincəliş dövrü idi.  Tanrıdan onun qismət payı belə imiş. Fiziki cəhətdən MM-də ən sağlam insanlardan biri idi. Yevda müəllimin güclü səsi var idi, mikrofonsuz danışanda da eşidilirdi. Mən onu müsbət biri kimi; heç kimə ziyan verməyən, hər şeydən əvvəl özünə hörməti olan biri kimi tanıdım. Beynəlxalq münasibətlərdə o, daima Azərbaycan üçün isti əlaqələrin qurulmasına görə çalışırdı. Azərbaycan xalqı həmişə ona sığınan, bu xalqa xeyirxah münasibət bəsləyən bütün millətlərin nümayəndəsini tarixən də öz ağuşuna alıb. Yevda Abramovu Azərbaycan xalqı deputat etmişdi. Yevda müəllim yəhudilərin nümayəndsi olsa da, onu azərbaycanlılar seçmişdi. Uzun ömür sürmək hamıya qismət olmur, görünür ki, Yevda müəllimin qismət payına da belə yazılmışdı. Elə bir xəstəliyə tutuldu ki, onun dünyada çarəsi yoxdur. Allah Yevda müəllimə rəhmət eləsin, övladlarına, ətrafına səbr versin”!

 

Deputat Əflatun Amaşov:

 

“Yevda müəllimə Allah rəhmət eləsin. Eyni komitədə çalışırdıq. O, yəhudi millətinin nümayəndəsi olmasına baxmayaraq, parlamentə Azərbaycanın inkişafı ilə bağlı, ölkədən kənarda; İsraildə, ABŞ-da  etdiyi çıxışlarda dövlətimizin ən böyük təbliğatçılarından idi. Yevda müəllim seçicilər tərəfindən ən çox hörmət olunan deputatlardan və kifayət qədər yaxşı yoldaş idi”.

 

Əflatun Amaşov qeyd edib ki, Yevda Abramov kifayət qədər alicənab, həssas və yaxşı yoldaş idi.

 

“Allah Yevda müəllimə rəhmət eləsin. O, çox gözəl, dəyərli insan idi. Təəssüflər olsun ki. Mən onun Qubada keçiriləcək dəfn mərasimində iştirak edə bilməyəcəm. Çünki mən Bakıda deyiləm. Modern.az kollektivinə isə təşəkkürümü bildirirəm ki, bu mövzuya həssas yanaşıb”.

 

Deputat Tahir Kərimli:

 

“Allah Yevda müəllimə qəni-qəni rəhmət eləsin. O, Azərbaycanı sevən böyük bir insan idi. Biz onunla uzun müddət eyni komitədə; İnsan hüquqları komitəsində çalışmışıq. Yevda müəllimin daim xalq üçün faydalı təkliflərinin şahidi olmuşam. O, həmişə ABŞ-da, İsrail və başqa ölkələrdə yəhudi icmalarla görüşüb, onları Azərbaycanın xeyirinə yönəldərdi”.

 

Tahir Kərimli qeyd edib ki, Yevda müəllim həmişə xarici ölkələrə Azərbaycan həqiqətlərini çatdırar, Qarabağ məsələsindən hər yerdə danışardı.

 

“Biz həmkarları olaraq onun xəstəlikdən əziyyət çəkməsinə görə narahat olurduq. Keçən il də gedib İsraildə xeyli müalicə aldı gəldi, şükür etdik ki, sağaldı. Allah rəhmət eləsin bir daha! Mən hesab edirəm ki. Yevda müəllim Azərbaycan xalqı üçün gördüyü işlərlə tarixdə qalacaq. İnsan heç cür inana bilmir ki, belə gözəl insan həyatı tərk edib. Sizlərə isə təşəkkür edirəm ki, onu yada salıb, mövzuya həssaslıqla yanaşırsınız”.

 

Deputat Əli Məsimli:

 

“Milli Məclisin deputatı, Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirakı ilə çoxlarının rəğbətini qazanan, sadə, səmimi, gözəl qəlbli insan-Yevda Abramov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib. Yevda müəllimin vəfatı ilə bağlı Vahid Əhmədov, Rafiq Məmmədhəsənov və öz adımızdan mərhumun ailəsinə və əzizlərinə dərin hüznlə başsağlığı veririk! Allah rəhmət eləsin”!

 

Deputat Azər Badamov:

 

“Azərbaycanı öz canından çox sevən,ictimai-siyasi xadim, dostum və həmkarım Yevda Abramovun vəfatı xəbəri məni çox kədərləndirdi. Kişilik, mərdlik, sözünü üzünə demək, vətənə sevgi Yevda müəllimin həyat tərzi idi. Yevda müəllim deyərdi ki, Azər; Mən Azərbaycanda tək yaşayıram. Övladlarım xaricdədirlər. Çıxışlarımda heç vaxt şəxsi marağım yoxdur. Çıxışlarımdakı bütün emosiyalar vətənimi və prezidentimi sevdiyimdəndir. Deyərdi ki,İstəyirəm torpaqlarımız işğaldan azad olunsun, Azərbaycan daha möhtəşəm görünsün.Allah rəhmət eləsin”!

 

Deputat Aydın Mirzəzadə:

 

“Allah rəhmət eləsin, çox yaxşı insan idi. Xarizmatik xarakteri var idi, böyük həyat təcrübəsinə malik idi, insanlarla asanlıqla dil tapırdı. Azərbaycanı çox sevirdi, ölkəmizin xarici ölkələrdə, ilk növbədə yəhudi diaspor dairələrində tanıdılması üçün böyük iş görürdü. Parlament iclaslarının birindən qalmazdı, çox diqqətlə bütün çıxışlra qulaq asardı, özünü də çıxışları həyati idi, çıxışlarında mütləq təklifləri də verirdi. Dəyərli bir yoldaş kimi əziz xatirəsi həmişə qəlbimizdə yaşayacaqdır”.  Nuranə

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
“BakuBus”ın avtobusları toqquşdu - Yaralananlar var - YENİLƏNİB 24 İyun 2021, 15:43 Gömrük Akademiyasının ilk magistr tələbələri məzun oldu 24 İyun 2021, 15:38 Niyazi Bayramov sakinlərin müraciətlərini qeydiyyata götürdü 24 İyun 2021, 15:32 İnsanları işə düzlətmək adı ilə aldanan şirkət direktoru SAXLANILDI 24 İyun 2021, 15:27 Ermənistan PUA istehsal edəcək 24 İyun 2021, 15:23 Yeni dalğanın qarşısını almaq üçün peyvənd olunmalıyıq - Deputat 24 İyun 2021, 15:17 Qırğızıstan Azərbaycana yeni səfir təyin etdi 24 İyun 2021, 15:12 Yas mərasimlərinin təşkilinə də icazə verilsin - TƏKLİF 24 İyun 2021, 15:06 Suqovuşanı azad edən 10 min 647 hərbçiyə medal verildi - SƏRƏNCAM 24 İyun 2021, 15:00 Deputat 3 kənddə seçicilərini qəbul edib - FOTOLAR 24 İyun 2021, 14:54 Çalışdığı şirkətin 15 mindən çox pulunu mənimsədi 24 İyun 2021, 14:48 Serbiya NATO-ya üzv olmayacaq 24 İyun 2021, 14:42 “Daşkəsən Dəmir Filiz” MMC bu universitetlə əməkdaşlıq edəcək 24 İyun 2021, 14:36 Bir qrup hərbçi “Laçının azad olunmasına görə” medalı ilə təltif edildi 24 İyun 2021, 14:30 Bugünədək 578250 hektar sahədə biçin aparılıb - FOTOLAR 24 İyun 2021, 14:25 Kəlbəcərin azadlığına görə təltif edilənlər - SİYAHI 24 İyun 2021, 14:20 Bakıda daha bir marşrut xətti karta keçdi 24 İyun 2021, 14:14 Prezident və xanımı “Gülüstan” SARAYINDA 24 İyun 2021, 14:08 Bir qrup hərbçi “Ağdamın azad olunmasına görə” medalı ilə təltif edildi - SİYAHI 24 İyun 2021, 14:02 Lavrov Azərbaycanla Ermənistan arasında etimaddan DANIŞDI 24 İyun 2021, 13:50 Ermənistanda seçkilər, Bakı ilə Moskvanın məsləhətləşmələri - ŞƏRH                     24 İyun 2021, 13:45 Minalardan və partlamamış hərbi sursatlardan təmizləmə üzrə İşçi Qrupun iclası keçirilib 24 İyun 2021, 13:40 Azad olunan yerlərə ilk növbədə bu məcburi köçkünlər QAYTARILACAQ 24 İyun 2021, 13:34 Təhsil Nazirliyindən məzun günü ilə bağlı QƏRAR 24 İyun 2021, 13:28 Maliyyə Nazirliyində yeni təyinatlar 24 İyun 2021, 13:22 Şuşa fatehləri TƏLTİF OLUNDU 24 İyun 2021, 13:16 SOCAR 25 milyon dollarlıq müqavilə imzaladı 24 İyun 2021, 13:10 Ukraynada yaşayan azərbaycanlı gənclərlə görüş keçirilib 24 İyun 2021, 13:04 “Bu qərarlarla istənilən toy sahibini cərimələmək mümkündür” - Deputatdan ETİRAZ               24 İyun 2021, 12:58 Sabahkı hava əksər insanlar üçün əlverişsiz olacaq - 43 dərəcə isti 24 İyun 2021, 12:52 Koronavirusa yoluxanlara da vaksin vurula bilər 24 İyun 2021, 12:46 COVİD-19 vaksini sonsuzluğa səbəb olur? - Rəsmi cavab 24 İyun 2021, 12:40 “Vaksin olunmuş insanlarda ağrı bütün peyvəndlər üçün keçərlidir” - Ekspert 24 İyun 2021, 12:34 Ermənilər nəyə əsasən “Virk-Vrastan” anlayışının mənasını Gürcüstan kimi qələmə verir?  24 İyun 2021, 12:28 Ölümündən sönra təltif olunan Şəhid polkovnik-leytenantlar - SİYAHI 24 İyun 2021, 12:22
SORĞU AVRO-2020-nin qalibi hansı komanda olacaq?