Modern.az

SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var

SEPAH-ın düşərgəsi bombalandı: ölən və yaralanan var

8 Dekabr 2019, 22:32

SEPAH-ın Suriyanın şimal-şərqindəki hərbi düşərgələrindən biri naməlum təyyarələr tərəfindən raket hücumuna məruz qalıb.

Modern.az  xəbər verir ki, bu barədə “Əl Hadat” telekanalı məlumat yayıb.

Kanal hücumun İsrail aviasiyası tərəfindən edilə biləcəyini deyib.

Məlumata görə, zərbələr nəticəsində ən az 5 nəfər həlak olub. Yaralananlar da var.

SEPAH hücumla bağlı heç bir məlumat yaymayıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi