Modern.az

Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru danışdı: Avropa İnstitutları, Avropa parlamenti, yerli qurumlar...

Azərbaycanlıların Koordinasiya Şurasının koordinatoru danışdı: Avropa İnstitutları, Avropa parlamenti, yerli qurumlar...

Diaspor

9 Dekabr 2019, 13:39

Bu ilin oktyabrında Polşa Azərbaycanlılarının Koordinasiya Şurası yaradılıb. Səsvermə əsasında Xəlil Həsənov, Lalə Zeynalova və Rəsul Məmmədov Şuranın koordinatorları seçiliblər.

 

Qeyd edək ki, 27 ölkədə Koordinasiya Şurası yaradılıb.

 

Hazırda Lalə Zeynalova ən gənc koordinator olaraq fəaliyyətini davam etdirir.

 

Koordinator seçilən Lalə Zeynalova Modern.az-a açıqlamasında Koordinasiya Şurasının əhəmiyyətindən danışıb:

 

“2019-cu ilin 14 oktybarında Polşa Azərbaycanlıları Koordinasiya Şurası yaradıldı. Şuranın təsis toplantısında Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov və komitənin nümayəndə heyəti iştirak edirdilər. Polşa Azərbaycanlıları Birliyinin Gənclər Sektorunun rəhbəri kimi namizədliyimi irəli sürdüm və səsvermə nəticəsində Şuranın koordinatoru seçildim. Bundan sonra 27 oktyabr tarixində Budapeştdə Şərqi Avropa Koordinasiya Şurası yaratmaq məqsədilə Avropada yaşayan azərbaycanlıların toplantısı keçirildi. Bizim təşkilat 2011-ci ildən Polşada yaşayan Azərbaycan Gəncləri Birliyi kimi fəaliyyətə başlayıb. Vroslav şəhərində 3 azərbaycanlı tələbə - Ruslan Ələkbərov, Elgiz İsgəndərli və Cavid Zeynalov Birliyin üzvləri olublar”.

 

Lalə Zeynalova bildirib ki, Polşada yaşayan azərbaycanlılar çox aktivdirlər:

 

“Xaricdə təhsil almaq istəyən azərbaycanlılar üçün Polşa üstünlük verilən ölkələrdən biridir. Son illərdə Polşada azərbaycanlı tələbələrin sayı artıb. 2018-ci ildə üzvlərinin sayının çoxalması səbəbi ilə biliyin mərkəzi Varşava şəhərinə köçüb. Varşavada 2018-ci ildə martın 19-da toplantı keçirərək Polşa Gənclər Birliyi Polşa Azərbaycanlıları Birliyi kimi fəaliyyətini davam etdirib. Həmin vaxt Polşa Azərbaycanlıları Birliyinin Gənclər Sektorunun rəhbəri seçildim”.

 

Gənc xanım koordinator diaspor fəalları ilə sıx əlaqə qurduğunu da qeyd edib:

 

“Polşada yaşayan Polşa Azərbaycanlıları Koordinasiya Şurasının kordinatoru olaraq həm də Şərqi Avropada yaşayan soydaşlarımızın mövcud problemləri ilə maraqlanıram. Şərqi Avropada yaşayan diaspor fəalları ilə əlaqələrim var. Onların təklif və problemlərini müzakirə edirik. Polşa Azərbaycanlıları Birliyini diasporyönümlü səbəbdən yaratdıq. Məqsədimiz azərbaycanlıları bir araya toplamaq, milli bayramları, anım günlərini birgə keçirtmək, hədəflərimizin üzərinə birgə getməkdir”.

 

Lalə Zeynalova hazırkı fəaliyyətlərindən də söz açıb:

 

“Hazırda fəaliyyətimizi Avropa institutlarında, insan haqları institutlarında Avropa parlamenti səviyyəsində davam etdiririk. Birlik olaraq daha çox diaspor fəaliyyətindən lobbiçilik fəaliyyətinə keçid etməyə çalışırıq. Buna nümunə olaraq Polşa Azərbaycanlıları Birliyinin 40 nəfərlik heyəti ilə Brüsselin paytaxtı önündə Xocalı aksiyası ilə bağlı iştirakımızı deyə bilərəm. Hər il Varşavada ATƏT-in Zirvə toplantısı keçirilir. Həmçinin biz də ATƏT-in Zirvə toplantısında aktiv iştirak edirik. Polşa Azərbaycanlıları Birliyi olaraq çalışırıq ki, beynəlxalq tədbirlərdə Xarici İşlər Nazirliyinin bəyanatlarından, strategiyasından dolayı çıxışlar edək. Azərbaycan dövlətinin maraqlarına zidd olmayan şəkildə bu məsələləri müstəqil şəkildə həyata keçirməyə çalışırıq”.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi