Arxiv
9 Dekabr 2019, 14:45 | AKTUAL
BMU-da Heydər Əliyevin anım tədbiri keçirilib - Foto  

 

Bakı Mühəndislik Universitetində (BMU) ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümü ilə əlaqədar anım tədbiri keçirilib. Öncə Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Heydər Əliyevin həyat və fəaliyyətinə həsr olunan qısametrajlı film nümayiş etdirilib.

 

Tədbirdə çıxış edən BMU-nun rektoru, professor Havar Məmmədov vurğulayıb ki, Azərbaycanın son otuz ildən artıq bir dövrünü əhatə edən tarixi Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndər bu dövr ərzində Azərbaycanı zamanın ağır və sərt sınaqlarından çıxardıb, xalqın ictimai-siyasi, mədəni həyatının bütün sahələrində dirçəliş baş verib.

 

Rektor həmin dövrün, eyni zamanda Azərbaycan təhsilinin sürətli yüksəliş illəri kimi tarixi yaddaşımıza daxil olduğunu diqqətə çatdırıb. Bu dövrdə 15 mindən çox azərbaycanlı gənc keçmiş SSRİ-nin ən nüfuzlu ali məktəblərinə oxumağa göndərilib, ölkəmizin gələcəyi üçün güclü kadr potensialı formalaşdırılıb. Həmçinin, bütün pillələrdən olan təhsil müəssisələrinin maddi-texniki bazası möhkəmləndirilib.

 

H.Məmmədov Azərbaycan xalqının israrlı tələblərindən sonra ikinci dəfə siyasi hakimiyyətə qayıdan Ulu Öndərin ölkəni vətəndaş müharibəsi təhlükəsindən, ictimai-siyasi pərakəndəlikdən xilas etdiyini vurğulayıb. Rektor bildirib ki, Heydər Əliyev öz parlaq siyasi zəkası və istedadı sayəsində yeni Azərbaycanı, onun bugünkü gerçəkliklərini yaradıb, ölkəmizi bütün sahələrdə gələcəyə aparan yolları müəyyən edib. Azərbaycanın ictimai-siyasi, sosial, iqtisadi, elmi-mədəni həyatında, beynəlxalq əlaqələrdə dönüş yaranıb, elmi əsaslara, beynəlxalq norma və prinsiplərə uyğun müstəqil dövlət qurulub. 

 

H.Məmmədov vurğulayıb ki, Prezident cənab İlham Əliyev Ulu Öndərin siyasi xəttini davam etdirməklə Azərbaycanı daha da qüdrətli ölkəyə çevirməyə nail olub. 

 

Tədbirdə çıxış edən millət vəkili Aydın Mirzəzadə ulu öndər Heydər Əliyevin təkcə Azərbaycan xalqının deyil, ümumilikdə bəşəriyyət tarixində böyük rol oynamış şəxsiyyət olduğunu diqqətə çatdırıb. Millət vəkili Ümummilli Liderin fəaliyyətinin xalqımızın milli dirçəlişinə, öz hüquqlarını bərpa etməsinə, eyni zamanda dünya birliyində nüfuz qazanmış Azərbaycan dövlətinin yaranmasına gətirib çıxardığını bildirib. Heydər Əliyev ötən əsrdə sovet Azərbaycanına rəhbərlik edərkən geridə qalmış ölkəmizi aqrar ölkədən, aqrar-sənaye ölkəsinə çevirib. 1969-1982-ci illərdə Azərbaycanda 250 yeni müəssisə tikilib, 5 yeni universitet, hərbi məktəb açılıb.

 

Millət vəkili Heydər Əliyevin 1993-cü ildə yenidən hakimiyyətə gəlişi ilə Azərbaycan tarixində yeni bir səhifə açıldığını deyib. Bildirib ki, onun hakimiyyəti illərində Azərbaycan sabitliyin və davamlı inkişafın bərqərar olduğu güclü dövlətə çevrilib. Heydər Əliyev siyasi kursunun Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsini müstəqil dövlətçiliyimizin möhkəm zəmanəti kimi qiymətləndirən A.Mirzəzadə bu gün həyata keçirilən islahatlara, əldə olunan nəticələrə toxunub.

 

Daha sonra tədbir digər çıxışlarla davam edib. 

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Prezident qəza yerinə gedəcək 26 Sentyabr 2020, 00:56 Ermənistanda müxalifət lideri həbs edildi 26 Sentyabr 2020, 00:42 Təyyarə qəzasında ölü sayı 22-yə çatdı - VİDEO, YENİLƏNİB 26 Sentyabr 2020, 00:23 Paytaxtda daha iki gün ictimai nəqliyyat işləməyəcək 26 Sentyabr 2020, 00:04 Soyğunçuluq edən şəxsin əlavə cinayəti üzə çıxdı 25 Sentyabr 2020, 23:55 Ermənilər bu yola da əl atdı 25 Sentyabr 2020, 23:18 ÜST-dən XƏBƏRDARLIQ: koronavirusdan 2 milyon insan ölə bilər 25 Sentyabr 2020, 23:01 Ucarda yük avtomobili yandı 25 Sentyabr 2020, 22:33 “Çempionat yeni başlayıb, heç də asan olmayacaq” - Qurban Qurbanov 25 Sentyabr 2020, 22:21 İsrail xaricə uçuşları dayandırdı 25 Sentyabr 2020, 22:04 Türkiyədə koronavirusdan daha 73 insan öldü 25 Sentyabr 2020, 21:52 Qadın keçmiş əri tərəfindən bıçaqlandı 25 Sentyabr 2020, 21:35 Nüfuzlu televiziyada Qarabağ münaqişəsi ilə bağlı sənədli film yayımlandı - VİDEO 25 Sentyabr 2020, 21:22 ABŞ səfirliyi amerikalıları Abşerondan kənara çıxmamağa çağırıb 25 Sentyabr 2020, 21:09 Deputat kafedə müştərini döydü – VİDEO 25 Sentyabr 2020, 20:49 İranda təyyarə qəzası 25 Sentyabr 2020, 20:32 Baş Prokurorluqdan İnstaqradakı sual-cavabla bağlı açıqlama 25 Sentyabr 2020, 20:19 Məşhur aviaşirkət mindən çox pilotu ixtisar edəcək 25 Sentyabr 2020, 20:03 Koronavirusla bağlı sürətli test yaradıldı 25 Sentyabr 2020, 19:57 Ədliyyə işçiləri və məhkumlar arasında 13 nəfərdə koronavirus aşkarlandı 25 Sentyabr 2020, 19:48 2 min nəfər vaxtından əvvəl cəzadan azad olunub 25 Sentyabr 2020, 19:39 Elektron qolbaq daşıyan məhkumların sayı açıqlandı 25 Sentyabr 2020, 19:30 Naqif Həmzəyev növbəti dəfə seçiciləri ilə görüşdü - VİDEO FOTO 25 Sentyabr 2020, 19:28 Nazirlik “Araz market” və “Al market”i CƏRİMƏLƏDİ 25 Sentyabr 2020, 19:19 Deputat Məzahir Əfəndiyev Bosniya Parlamentinə məktub göndərdi 25 Sentyabr 2020, 19:10 Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətləri artırıldı 25 Sentyabr 2020, 19:01 Gömrüklə bağlı ən çox verilən suallar cavablandırıldı 25 Sentyabr 2020, 18:55 Tələbə köçürülməsi qaydaları dəyişdi - Baş nazirdən qərar 25 Sentyabr 2020, 18:49 Tibb Universitetinə yeni prorektor təyin olundu 25 Sentyabr 2020, 18:43 Dollar yeni həftəyə belə başlayacaq 25 Sentyabr 2020, 18:35 Deputat: “Beynəlxalq təşkilatlar Ermənistanın təxribatlarına adekvat cavab verməlidirlər” 25 Sentyabr 2020, 18:27 İlin sonunadək daha 5 yeni qəsəbə istifadəyə veriləcək - Dövlət Komitəsi 25 Sentyabr 2020, 18:20 Mikayıl Cabbarov Gəncədə sənaye müəssisələrinin fəaliyyəti ilə tanış oldu - FOTO 25 Sentyabr 2020, 18:14 Direktor olmaq istəyənlərin NƏZƏRİNƏ 25 Sentyabr 2020, 18:06 Mehmanxanalarda reydlər APARILIR 25 Sentyabr 2020, 18:00