Modern.az

Astarada narkotik satan şəxs saxlanılıb

Astarada narkotik satan şəxs saxlanılıb

10 Dekabr 2019, 10:14

Astara Rayon Polis Şöbəsinin əməkdaşlarının narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı keçirdiyi növbəti uğurlu əməliyyat tədbiri nəticəsində qaçaqmalçılıq yolu ilə ölkə ərazisinə gətirilmiş 451 ədəd metadon həbi aşkarlanaraq dövriyyədən çıxarılıb.

 

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Modern.az-a verilən xəbərə görə, Astara RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Təngərüd kənd sakini Səxavət Qasımov narkotik vasitə olan 4 ədəd metadon həbini satarkən saxlanılıb. Saxlanıldıqdan sonra onun üzərinə keçirilən baxış zamanı 447 ədəd metadon həbi aşkar edilərək götürülüb.

 

S. Qasımov narkotik vasitəni Respublika ərazisinə qaçaqmal yolu ilə keçirmiş İran İslam Respublikası vətəndaşından əldə etdiyini bildirib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı