Modern.az

Onlar bələdiyyə seçkilərində nə seçə bilir, nə seçilə

Onlar bələdiyyə seçkilərində nə seçə bilir, nə seçilə

Aktual

11 Dekabr 2019, 11:50

Azərbaycanda dekabrın 23-də bələdiyyə seçkiləri keçiriləcək.

Lakin ölkədə bələdiyyə institutu yaradılandan bu günədək məcburi köçkün statusunda olan vətəndaşlarımız yerli özünüidarəetmə orqanlarına seçkilərdə iştirak edə bilmirlər.

 

Mərkəzi Seçki Komissiyasından Modern.az-ın sorğusuna cavab olaraq bildirilib ki, məcburi köçkünlərin bələdiyyə seçkilərində aktiv və passiv seçki hüququ yoxdur:

 

“Məcburi köçkünlərin qeydiyyatda olduqları yer işğal altında olduğuna görə onlar bələdiyyə seçkilərində iştirak edə bilmirlər. Onların bələdiyyələri yoxdur. Namizədlik seçki dairəsindən verilir. Onların adları siyahılara daxil olmadığından məcburi köçkünlərin aktiv və passiv seçki hüquqları yoxdur. Yalnız referendum, prezident və parlament seçkilərindən onlar öz aktiv və passiv seçki hüquqlarından istifadə edə bilirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır