Modern.az

“Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert

“Təəssüf ki, GUAM ciddi bir quruma çevrilmədi” - Ekspert

Dünya

12 Dekabr 2019, 15:18

“GUAM artıq siyasi bir qurumdan daha çox iqtisadi- regional əməkdaşlıq formatına çevrilib”.

 

Bunu Modern.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri politoloq Elxan Şahinoğlu bildirib. O, GUAM-a (Gürcüstan, Ukrayna, Azərbaycan, Moldova) üzv olan ölkələrin quruma baxışının da dəyişdiyini vurğulayıb.

 

“GUAM yarananda regionda geosiyasi vəziyyət gərgin idi. Rusiya qonşu ölkələrə təzyiq edirdi. Ona görə də Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova vahid birlikdə hərəkət etmək qərarına gəldilər. Sonradan geosiyasi vəziyyət dəyişdi. Belə ki, Moldovanın indiki prezidenti Rusiyaya yaxınlıq edir, Azərbaycanın Rusiya ilə tərəfdaşlıq münasibəti var. Ona görə də artıq GUAM siyasi bir qurumdan daha çox iqtisadi- regional əməkdaşlıq formatına çevrilib. Deməzdim GUAM əvvəlki illərə baxanda çox da fəaldır. Düzdür, ara-sıra, ildə bir dəfə nazilər görüşür, fikir mübadiləsi aparır. Amma uzun müddətdir ki, 4 ölkə lideri bir araya gəlməyib. İqtisadi zəmində əməkdaşlığın müxtəlif formatları müzakirə edilir. Lakin çox təəssüf olsun ki, GUAM ciddi bir quruma çevrilmədi. Hazırda GUAM Azərbaycan-Gürcüstan əməkdaşlığından ibarətdir. Bu əməkdaşlıq formatında Moldovanın yeri görsənmir. Əgər keçmiş illərdə Azərbaycan bu quruma siyasi-iqtisadi bir qurum kimi baxırdısa, indi bu baxış dəyişib. Çünki burada Rusiya ilə əməkdaşlıq formatı var. Bu baxımdan, qurum Azərbaycan üçün enerji və iqtisadi sahədə əməkdaşlıqdan ibarətdir”, - deyə E.Şahinoğlu bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Hərbi gəmilər döyüşə hazır vəziyyətə gətirildi