Modern.az

Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU

Ermənilər kilsəyə, məhkəməyə və siyasi partiyalara inamı itirib - SORĞU

Dünya

12 Dekabr 2019, 16:01

ABŞ-ın paytaxtı Vaşinqton da qeydiyyatdan keçən Beynəlxalq Respublika İnstitutu (IRI) Ermənistanda hərtərəfli yeni sorğu keçirib.

Modern.az xəbər verir ki, sorğu nəticələri Ermənistan cəmiyyətində hakim olan əhval-ruhiyyəni müəyyən etməyə əsas verir.

 

Belə ki, rəy sorğusu Ermənistan sakinlərinin ən çox etibar etdikləri dövlət institutunun ordu olduğunu göstərib. Respondentlərin 91%-i ordu haqda müsbət fikirdədilər. Bununla belə, ölkə sakinlərinin hər 11 nəfərindən birinin (8%) ordudan narazı olması intizam özbaşanlığı, kriminal, əsgər və zabitlər arasında dərin uçurum və s. bağlıdır.

Maraqlıdır ki, erməni kilsəsindən razılıq faizi isə 74% olub. Ölkədə hər 4-cü şəxs Eçmiədzində yerləşən Erməni Apostol kilsəsinə etiqad etmir. Bunun səbəbi isə kilsənin korrupsiyaya bulaşması, keşiş və yepiskopların dəbdəbəli həyat tərzi keçirməsi və həmişə hakimiyyətdə olan rejimlərə bağlı olmasına görədir.       

 

Sorğu Ermənistan cəmiyyətinin ayr-ayrı qurumlardan (məsələn prezidentin ofisi, ombudsmen ofisi və s.) razılığı olsa da, siyasi sistemdən ümumilikdə narazı olduğu, icraedici, qanunverici, məhkəmə və ədalət sisteminə, hüquq-mühafizə orqanlarına ciddi inamsızlığı qalmaqdadır. Paşinyan hakimiyyətinin lüstrasiya haqqında qanunu qəbul etməməsi, Koçaryan-Sarkisyan klanına xidmət edən rejim nümayəndələrinin öz vəzifələrində qalması, məhkəmə sistemində islahatların aparılmaması, ölkəni talayan əksər korrupsioner məmurların məsuliyyətə cəlb olunmaması yaxud ölkəni tərk etməsi ciddi böhrana yol açıb.       

 

Belə ki, qubernatorların əhali arasında reytinqi 49%, Mərkəzi Seçki Komissiyası üçün 48%, siyasi partiyalar üçün 42%, Konstitusiya Məhkəməsi üçün 40%, Baş Prokurorluq üçün 38% və məhkəmə sistemi üçün 36% təşkil edir. Paşinyan hakimiyyətinin 20 aylıq hakimiyyət dövrü bu sahədə ciddi irəliləyişin olmadığını, yeni formalaşan hökumət və parlamentin kifayət qədər siyasi idarəyə və aydın iqtisadi-siyasi kursa malik olmadığını göstərir.

Beynəlxalq Respublika İnstitutunun keçirdiyi sorğunun nəticələri Ermənistan cəmiyyətində siyasi, dini, hərbi və məhkəmə sisteminə ciddi inamsızlığın bariz göstəricidir.  

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir