Arxiv
14 Dekabr 2019, 09:56 | AKTUAL
“Ermənilər olmayan bir şeyə inanmaq istəyirlər”

Bir müddət əvvəl Amerika təşkilatlarından biri Ermənistan ərazisində əhali arasında  sorğu keçirib. Statistik göstəriciyə görə məlum olub ki, əhalinin 94 faizi orduya daha çox inanır.

Ümumiyyətlə, əhalinin orduya inanması nədən xəbər verir?

 

Məsələ ilə bağlı Modern.az-a danışan psixoloq Azad İsazadə hesab edir ki, hər bir sorğuya bir az ehtiyatla yanaşılmalıdır:

 

“Yəni bu sorğu nə dərəcədə obyektivdir, o məsələdə şübhə yaranır. Tək Ermənistan yox, ümumiyyətlə əhalinin orduya inanması məsələsi aqressiv münasibətin qiyməti kimi də ola bilər. Digər tərəfdən isə özünü qorumaq kimi bir xüsusiyyət də ortaya çıxır. Yəni bizim güclü ordumuz var, ordu bizi qoruyar. Nə formada hücuma keçəcəyik, aqressiv və ya əlavə torpaqlar işğal edəcəyik, bütün bunlar ideoloji bir məqamdır. Bizim ərazilər işğal altında olsa da, ermənilər bunu qəbul etmək istəmirlər. Biz dəfələrlə cəhdlər edərək, öz ərazilərimizi azad etmək istəyəndə ermənilər bunu aqressiya kimi qəbul edirlər. Bu aqressiv münasibət isə şərti xarakter daşıyır. Ancaq cəmiyyət öz ordusuna inanırsa, bu o deməkdir ki, həmin ordu öz ərazisini və xalqını qoruya bilər. İndi nə dərəcədə real qoruyur, yaxud qorumur, belə bir hissiyyətin mövcudluğu bir faktdır”.

 

Ekspert Türkiyədə orduya inam hissinin əvvəllər daha yüksək olduğunu bildirib:

 

“Ancaq indi bu inam nədənsə, getdikcə zəifləyir. Orduya gedənləri bayram tədbiri ilə yola salardılar. Təbii ki, bu hərəkətin əsas səbəbi əsgərlərdə ruh yüksəkliyi yaratmaq idi. Deməli ölkələrin çoxunda orduya qarşı müsbət münasibət varsa, biz bunu sırf aqressiya ilə əlaqələndirə bilmərik. Bugünkü reallıq göstərir ki, Ermənistan dövləti yeni ərazilər ələ keçirmək iqtidarında deyil. Əksinə onlar qorxur ki, Azərbaycan öz ərazi bütövlüyünü bərpa etmək üçün hücuma keçsin. Ermənilər özləri də yaxşı bilir ki, Azərbaycanla təkbətək vuruşda məğlub olacaqlar. Çünki öz ordularının gücünə o qədər də əmin deyillər. Ermənistan ordusunda vəziyyət o qədər də yaxşı deyil. Bəzən kütlə psixologiyası özü-özünü inandırmağa çalışır ki, bizim güclü ordumuz var. Əslində kütlə psixologiyasının əsas xüsusiyyəti odur ki, olmayan bir şeyə inanmaq istəyir. Məhz orduya inanmaq məsələsi isə ordan köklənir”.

 

A.İsazdə qeyd edib ki, məhz 2016-cı ildə baş vermiş Aprel döyüşləri Ermənistan üçün böyük bir faciəyə çevrildi:

 

“Bu döyüşdən sonra Ermənistan cəmiyyəti hələ də sakitləşmir. Onlar real təhlükəni bu döyüşlə hiss etmiş oldular. Düşünürlər ki, Azərbaycan cəhd etsə, bundan da böyük nəticə əldə edə bilər”.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Dünyanın 54 ölkəsində yaşayan azərbaycanlı gənclər toplaşacaq 21 Yanvar 2020, 17:17 Rafiq Əliyev Lütfi Zadə ilə birgə yazdığı kitabı oxuculara təqdim edəcək 21 Yanvar 2020, 17:10 Əbülfəs Qarayev ABŞ səfiri ilə görüşdü 21 Yanvar 2020, 17:04 “Bəzi namizədlər hansısa məqsədlərə xidmət edirlər” - Məzahir Pənahov 21 Yanvar 2020, 16:58 Ermənistanda “qanuni oğru” adını daşıyanlara avtomatik 10 il iş kəsiləcək 21 Yanvar 2020, 16:52 Gəncə sakinindən “Kalaşnikov” tapıldı 21 Yanvar 2020, 16:46 MSK: “95 nəfər namizədliyini geri götürdü” 21 Yanvar 2020, 16:41 Rövşən Sadıxov: “Seçicilərlə sıx və operativ ünsiyyət üçün rayonda daimi ofisim fəaliyyət göstərəcək” 21 Yanvar 2020, 16:36 Gülər Əhmədovanın namizədliyi qeydə alınmadı  21 Yanvar 2020, 16:31 Rövşən Rzayev köçkünləri qəbul etdi 21 Yanvar 2020, 16:25 Şəhidlər Xiyabanında itkin düşmüş şəxslərin adları əbədiləşdirildi 21 Yanvar 2020, 16:20 Azərbaycanda ilk-Robot bankda işə başladı - FOTOLAR 21 Yanvar 2020, 16:20 Malik Həsənov Cəlilabadın daha 3 kəndində görüş keçirdi - FOTO 21 Yanvar 2020, 16:15 Çin rəsmiləri pijama geyinənlərə görə üzr istədi 21 Yanvar 2020, 16:10 Çingiz Qənizadə görüşlərini davam etdirir - FOTOLAR 21 Yanvar 2020, 16:03 Prokurorluq baş redaktora xəbərdarlıq etdi 21 Yanvar 2020, 16:02 Bəxtiyar Əliyev seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 15:57 Azərbaycanda yol qəzalarında ölənlər artır - RƏSMİ HƏYƏCAN 21 Yanvar 2020, 15:53 Qarabağ qaziləri Fəzail Ağamalıya dəstək verir - VİDEO 21 Yanvar 2020, 15:48 Vilayət Eyvazovdan xəbərdarlıq: “Kobud rəftardan çəkinin, nəzakətli olun” 21 Yanvar 2020, 15:42 Bioloji Təbabət muzeyinin açılışı olub - FOTO 21 Yanvar 2020, 15:35 Uşaqlarda eşitmə problemləri artır - Həkim səbəbləri açıqladı 21 Yanvar 2020, 15:33 Deputat Trampı öldürənə 3 milyon dollar VƏD EDİR 21 Yanvar 2020, 15:27 Əlilliyin qiymətləndirilməsi qaydaları DƏYİŞDİ  21 Yanvar 2020, 15:26 Nazir müavini: “Ölkəmizdə media təhsili üçün maneə yoxdur” 21 Yanvar 2020, 15:22 Erməni məşhur Azərbaycanın Xalq artistini müdafiə etdi - QALMAQAL 21 Yanvar 2020, 15:18 Saatlılar yenə də akademik Əhliman Əmiraslanova səs verəcəklər - FOTO 21 Yanvar 2020, 15:13 Tağı Əhmədov bəzi deputatları TƏNQİD ETDİ 21 Yanvar 2020, 15:07 Azərbaycanda şagirdlərin elektron yerdəyişməsi DAYANDIRILDI 21 Yanvar 2020, 15:00 Ağalar Vəliyev Milli Qəhrəman və şəhid ailələri ilə görüşdü - FOTO 21 Yanvar 2020, 14:54 Vüsal Qasımlı: “Azərbaycan Davos platformasından səmərəli istifadə edir” 21 Yanvar 2020, 14:53 Jalə Əliyeva seçicilərlə görüşlərini davam etdirir - FOTO 21 Yanvar 2020, 14:47 Azərbaycan diasporuna güc verəcək iş –   TARİXÇİLƏR DANIŞDI 21 Yanvar 2020, 14:42 Deputatlığa namizəd Məşhur Məmmədov qadın seçiciləri ilə görüşüb - FOTOLAR 21 Yanvar 2020, 14:35 Ziyalı namizəddən seçicilərinə video müraciət 21 Yanvar 2020, 14:32
SORĞU Yeni parlamentdə kimlər olsun?