Arxiv
14 Dekabr 2019, 16:16 | AKTUAL
Milli Qəhrəmanın ailəsinə üçotaqlı mənzil verildi

 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Gəncə şəhərində Peşə Tədrisi Mərkəzi istifadəyə verilib və bir qrup şəhid ailələri və müharibə əlillərinə mənzillər təqdim edilib.

 

Modern.az xəbər verir ki, hər iki tədbirdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Gəncə şəhər İcra Hakimiyyətinin, ictimai birliklərin nümayəndələri iştirak ediblər.

 

Peşə Tədrisi Mərkəzinin açılışında nazirlik yanında Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad Musayev əhalinin səmərəli məşğulluğunun təminatının Prezident İlham Əliyevin uğurlu sosial-iqtisadi siyasətinin mühüm tərkib hissəsi olduğunu vurğulayıb. O, ötən dövrdə ölkədə məşğulluq imkanlarının artırılması sahəsində əldə olunan nailiyyətləri diqqətə çatdırıb.

 

F.Musayev Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin ildən-ilə gücləndirildiyini, bu ilin 11 ayında Xidmətin 81 439 nəfəri münasib işlə təmin etdiyini və 10 mindən çox işsiz və işaxtaran şəxsin  özünüməşğulluq proqramına cəlb olunduğunu deyib. Bildirib ki, işsiz və işaxtaranlar üçün əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığı kurslarının təşkili aktiv məşğulluq tədbirlərindən biridir. 2019-cu ilin 11 ayında Dövlət Məşğulluq Xidməti tərəfindən 2734 nəfər peşə hazırlığı kurslarına cəlb edilib. Xidmətin Bakı və Göyçay şəhərlərindəki Regional Peşə Təhsili Mərkəzləri mühüm maddi-texniki potensiala malik olmaqla peşə hazırlığı işinin təşkilində əhəmiyyətli rol oynayır. 2019-cu ilin 11 ayında peşə hazırlığı kurslarına cəlb edilənlərin 72,5 faizi həmin mərkəzlərin payına düşür.

 

Xidmət rəisi bildirib ki, ölkədə Regional Peşə Tədrisi Mərkəzləri şəbəkəsinin respublikanın bölgələri üzrə genişləndirilməsi işləri çərçivəsində bu gün Gəncə şəhərində də Peşə Tədrisi Mərkəzi istifadəyə verilir. Mərkəzdə Gəncə şəhəri və ətraf rayonlardan olan işsiz və işaxtaran şəxslərin müasir əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığının təşkili həyata keçiriləcək.

F.Musayev müəssisədə ilkin mərhələdə ənənəvi və modul təlim üsulları ilə 55-60 peşə üzrə tədris prosesinin aparılacağını qeyd edib. O diqqətə çatdırıb ki, il ərzində 850-900 nəfər Mərkəzdə peşə hazırlığı kursu keçəcək. Burada əlilliyi olan şəxslərin də peşə hazırlığının təşkili, habelə onların maneəsiz hərəkət imkanlarına malik olmaları üçün lazımi şərait yaradılıb. Peşə Tədrisi Mərkəzində sinif otaqları və emalatxanalar, yataqxana, kitabxana, akt zalı, bufet və s. fəaliyyət göstərir. 

Tədbirdə digər çıxış edənlər Gəncədə Peşə Tədrisi Mərkəzinin açılmasının bölgədə  işsiz və işaxtaran vətəndaşların əmək bazarının tələblərinə uyğun peşələrə və nəticədə səmərəli məşğulluq imkanlarına yiyələnməsinə öz töhfəsini verəcəyinə əminlik ifadə ediblər.

 

Daha sonra Gəncə şəhərində bir qrup şəhid ailəsinə və müharibə əlilinə mənzillər təqdim edilib. Mənzillə təmin olunan şəhid ailələri sırasında Milli Qəhrəman Pərviz Səmədovun ailəsi də var. Onun həyat yoldaşı Mətanət Şahvələdovaya  üçotaqlı mənzil təqdim edilib.

Tədbirdə vurğulanıb ki, dövlət başçısının sosial sahəyə xüsusi qayğısı həssas qrupların rifahının yaxşılaşdırılmasına xidmət edən mühüm proqramların ildən-ilə genişlənməsinə səbəb olub. 2018-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən müharibə əlilləri və şəhid ailələrinə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil təqdim edilibsə, 2019-cu ildə 934 mənzil verilməsi nəzərdə tutulub ki, onlardan artıq böyük hissəsi verilib. Ümumən indiyədək nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 7178 mənzil və fərdi ev təqdim edilib. 

Yeni mənzillə təmin olunan vətəndaşlar əhalinin rifahının təminatı, həssas qruplara dövlət qayğısının artırılması sahəsində aparılan ardıcıl işlərə, müasir tələblərə uyğun yeni mənzillərlə təmin olunduqlarına görə  Prezident İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Səfirliklərlə diaspor qarşıdurması: GƏRGİNLİKDƏN KİMLƏR QAZANDI 28 Yanvar 2020, 08:52 Çində dəhşətli virusdan ölənlərin sayı 106, yoluxanların sayı isə 4515 nəfərə çatıb 28 Yanvar 2020, 08:46 278 nəfər deputatlığa namizədliyini geri götürdü 28 Yanvar 2020, 08:40 Yeni ailə quran gənc qadın ata evində özünü asdı 28 Yanvar 2020, 00:57 Koronavirus Avropanı təşvişə salıb 28 Yanvar 2020, 00:44 Üç gün sonra bu telefonlarda "WhatsApp" işləməyəcək 28 Yanvar 2020, 00:28 Virus səbəbindən Olimpiya Təsnifat Turnirinin yeri dəyişdirilib 28 Yanvar 2020, 00:12 Səbuhi  Səmədov Gəncədə seçicilərlə görüşdü - FOTO 27 Yanvar 2020, 23:46 Elazığda yenidən  güclü  zəlzələ 27 Yanvar 2020, 23:24 “Prokuror, kasıb adamdır, imkanı yoxdur” - Rəşad Məcid Aqil Abbasdan yazdı 27 Yanvar 2020, 23:11 Çavuşoğlu Lavrovla Suriya məsələsini müzakirə etdi 27 Yanvar 2020, 22:51 Kəşfiyyat Xidmətinin rəhbəri istefa verdi 27 Yanvar 2020, 22:36 Hicran Hüseynova aztəminatlı ailələri ziyarət edib - FOTOLAR 27 Yanvar 2020, 22:17 Şəmkirdəki qəzada 3 nəfər ölüb 27 Yanvar 2020, 21:59 "Heç bir ölkə İranın bu qədər davam gətirəcəyini düşünmürdü" - Ruhani 27 Yanvar 2020, 21:43 Türkiyədə 12 nəfər koronavirus təhlükəsi ilə xəstəxanaya yerləşdirildi 27 Yanvar 2020, 21:25 Qaxda 4 yaşlı uşaq dərmandan zəhərlənib 27 Yanvar 2020, 21:11 Azay Quliyev 7-ci mikrorayonda seçicilərlə görüşdü - FOTOLAR 27 Yanvar 2020, 20:58 İranda daha bir zəlzələ baş verib 27 Yanvar 2020, 20:44 “Azərbaycan şirkəti nefti istənilən yerə tədarük edə bilər” - Prezident İlham Əliyev 27 Yanvar 2020, 20:35 "Avropa Şurasının gələcəyi barədə düşünmək lazımdır" - Səməd Seyidov 27 Yanvar 2020, 20:23 Akademikin seçicilərlə silsilə görüşləri davam edir - FOTOLAR 27 Yanvar 2020, 20:07 Bu bələdiyyələrin vəzifəli şəxsləri məhkəməyə verildi 27 Yanvar 2020, 20:05 Zamin Salayevə işgəncə verilməsi barədə məlumatlar əsassızdır - RƏSMİ 27 Yanvar 2020, 20:00 “Taliban” təyyarənin vurulmasına görə məsuliyyəti üzərinə götürüb 27 Yanvar 2020, 19:50 Vüqar Bayramov: “Sizin səsiniz mənim məsuliyyətimdir” 27 Yanvar 2020, 19:45 Qarabağ qazisi Elmar Musayevlə bağlı qazilərə müraciət etdi - VİDEO 27 Yanvar 2020, 19:28 Bakı metrosunda sərnişin özünü qatarın altına atdı -VİDEO 27 Yanvar 2020, 19:18 Ərdoğan Ukraynaya gedir 27 Yanvar 2020, 19:05 Bakı-Novorossiysk kəməri ilə bu il neft nəqli həyata keçirilməyib 27 Yanvar 2020, 18:53 İcra hakimiyyətində vətəndaşların müraciəti təhlil edildi 27 Yanvar 2020, 18:46 İqbal Məmmədov Nücü, Kirəvud və Əliabad kəndlərində seçicilərlə görüşüb - FOTO 27 Yanvar 2020, 18:41 Füzulinin bu kəndlərinin seçicisi Vüqar Bayramova güvənir - FOTOLAR 27 Yanvar 2020, 18:38 Hacıqabulda ana doğuşdan sonra ölüb 27 Yanvar 2020, 18:33 Ceyhun Məmmədov Cəbrayıllı seçicilərlə görüşdü - Fotolar 27 Yanvar 2020, 18:29
SORĞU Yeni parlamentdə kimlər olsun?