Modern.az

Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb

Nepalda avtobus dərəyə yuvarlanıb: 14 nəfər ölüb

15 Dekabr 2019, 10:39

Bu gün Nepalda sərnişin avtobusu 500 metr yüksəklikdən dərəyə yuvarlanıb.

 

Modern.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, hadisə Sindxupalçok rayonunda baş verib. Sərnişin avtobusu Nepalın populyar turizm bölgəsi Kalinçokdan paytaxt Katmanduya gedirmiş. 

 

Qəza nəticəsində 13 nəfər ölüb, ondan çox insan yaralanıb. “Sinxua” agentliyi isə xəstəxanaya yerləşdirilən yaralılardan birinin öldüyü, bununla da ölənlərin sayının 14 nəfərə çatdığı, 16 nəfərin isə xəsarət aldığı barədə məlumat yayıb.

 

Avtobusda ümumilikdə 32 nəfər olub. Sürücü qəza yerindən qaçıb. Hazırda polis qəzanın başvermə səbəblərini araşdırır.

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakıdan Ermənistana xəbərdarlıq: Kəndləri boşaldın,ya da...