Arxiv
15 Dekabr 2019, 21:20 | ÖLKƏ
YAP-çı deputat “Aprel döyüşləri”nə görə prezidentin mükafatlandırdığı polkovnikin həbsini PİSLƏDİ

Hakim Yeni Azərbaycan Partiyasını V çağırış Milli Məclisdə təmsil edən deputat Məlahət İbrahimqızı Beyləqan rayon Polis Şöbəsinin məişət zəminində həbs etdiyi Qarabağ qazisi, polkovnik Qadir Vəlişovun müdafiəsinə qalxıb.

 

Modern.az-ın məlumatına görə, deputat M.İbrahimqızı “Aprel döyüşləri”ndəki şücaətinə görə Prezident İlham Əliyevin qəbul etdiyi hərbçinin həbs edilməsni pisləyib.

“1986-cı ildən Əfqanıstan müharibəsində çətin döyüş yolu keçən, Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçmiş, 1994-cü ildə Füzuli istiqamətində ağır döyüşlər zamanı çox ciddi yaralanan və 1 il müalicə alandan sonra yenidən ordu sıralarına qayıdaraq, 15 ilə yaxın müddətdə hərbi hissə komandiri işləmiş, 2016-cı ilin aprelində Talış istiqamətində hərbi əməliyyatlarda döyüşən, Lələtəpəyə Azərbaycan bayrağını sancmış və bu döyüşlərdə ağır yaralanmış polkovnik Vəlişov Qadir Saday oğlunun məişət zəminində baş vermiş hadısə ilə əlaqədar həbsi hər bir Azərbaycan vətəndaşını dərindən üzür və narahat edir”,- deyə deputat vurğulayıb.

Məlahət İbrahimqızı deyib ki, ölkəmizin hüquqi dövlət olmasına, qanunun hər bir vətəndaş üçün qeyd-şərtsiz ali dəyər daşımasına baxmayaraq, şərəfli və çətin mübarizə yolu keçmiş, vətən qarşısında zəngin xidməti olmuş polkovnik Qadir Vəlişovun məişət zəminində baş vermiş mübahisədə, əsəb-sinir sisteminin gərginliyindən qaynaqlanan (bəlkə də qeyri-ixtiyari) hadisəyə görə həbs olunması və bunun mətbuat vasitəsilə təqdim edilməsi ədalətsizlikdir:


“Düşünürəm ki, vətən qarşısında bu qədər xidmətləri olan 1azimizin törətdiyi məişət hadisəsini onun uzun illər stress dolu bir həyat yolu keçməsilə izah etmək olar. Bu mənada yerli ictimaiyyət, xüsusilə də hüquq-mühafizə orqanları belə hallara xüsusi həssaslıqla yanaşmalı idi. Bu gün ölkəmizdə cəzaların humanistləşdirilməsi ilə bağlı Prezidentimizin imzaladığı fərman və sərəncamlar gerçəşləşir. Uzun illərdir ki, ölkəmizdə Prezident yanında Əfv məsələləri üzrə Dövlət Komissiyasının fəaliyyəti hər birimizdən bu cür münaqişə və insidentlərə humanistcəsinə və fərdi yanaşma tələb edir. Ölkəmizin Birinci vitse-prezidentinin təşəbbüsü ilə dəfələrlə parlamentdə qəbul olunan bir neçə amnistiya qərarları əslində hüquq-mühafizə orqanlarını cəza hökmlərindən daha çox barışıq qərarlarına üstünlük verməyə çağırır. Sözsüz ki, qazimizin vətənin müdafiəsində keçirdiyi stresslər onun sağlamlıq durumunda ağır izlərsiz ötüşməyib. Düşünürəm ki, zərərçəkənlər bir daha qazi, polkovnik Qadir Vəlişovun şücaət dolu fəaliyyətini nəzərə alaraq, ən qısa zamanda barışıq elan edəcəklər. Bununla bağlı rayon ictimaiyyəti, ağsaqqal və ağbirçəklərin də üzərində çox ciddi məsulliyyət var. Bu gün ərazimizin 20 % -nin hələ də erməni işğalı altında olduğu zamanda hər bir Azərbaycan vətəndaşı Vətəni uğrunda canından keçməyə hazır olan insanlar qarşısında borcludur”.

Xatırladaq ki, Qarabağ müharibəsi veteranı, polkovnik Qadir Vəlişov noyabrın 26-da Beyləqan rayon Polis şöbəsi tərəfindən həbs edilib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və əri İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər.

"Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib", deyə DİN bəyan edib.

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda ) maddəsi ilə cinayət işi başlanılıb. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilib. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.

Yaxınları isə bu həbsin sifarişli olduğunu deyərək, ölkənin hüquq-mühafizə orqanlarından ədalət tələb edib.

Onlar bildiriblər ki, Qadir Vəlişov rayon rəhbərliyinin istəyi ilə qurama ittihamla tutulub.


1986-cı ildə hərbi məktəbi bitirən Vəlişov Əfqanıstan müharibəsində döyüş yolu keçib.

Qarabağ müharibəsi başlayan ilk gündən Silahlı Qüvvələrimizdə xidmət keçib, 1994-cü ildə Füzuli istiqamətində ağır yaralanıb, 1 il müalicə alandan sonra yenidən xidmətə qayıdıb.  15 ilə yaxın hərbi hissə komandiri olan polkovnik 2016-cı il aprel döyüşlərində ağır yaralanıb. O, Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçilərdən biri kimi tanınıb.

Bu əməliyyat zamanı yaralandıqdan 8 aydan sonra yenidən xidmətə qayıdaraq, N saylı korpusda Döyüş hazırlığı şöbəsinin rəisi olub. 

Qadir Vəlişov "Aprel döyüşləri"ndən sonra Ali Baş Komandan tərəfindən qəbul edilib, mükafatlandırılan zabitlərdən biridir.

Q.Vəlişov Naxcıvanski adına Hərbi litseydə bir müddət rəis müavini vəzifəsin icra edib, 6 ay öncə Silahlı Qüvvələrdən tərxis olunub.


A.Qorxmaz

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Bu ölkədə dar küçədə siqaret çəkmək qadağan edildi 14 Avqust 2020, 19:21 BMT Təhlükəsizlik Şurasının iclası çağırılsın - Putin 14 Avqust 2020, 19:08 Ümumi daxili məhsulun həcmi açıqlanıb 14 Avqust 2020, 18:55 ARB və Xəzər TV-nin yayımı 3 saatlıq dayandırılacaq 14 Avqust 2020, 18:48 Bakı, Sumqayıt və İmişlidə silahlı şəxslərə qarşı ƏMƏLİYYAT 14 Avqust 2020, 18:32 Ceyhun Bayramov Yaponiyanın yeni səfirini qəbul etdi 14 Avqust 2020, 18:28 Azay Quliyev seçicilərlə videogörüş keçirib     14 Avqust 2020, 18:24 Azərbaycanda təhsil sistemi keyfiyyətcə yeni inkişaf müstəvisinə qədəm qoyub - Deputat 14 Avqust 2020, 18:20 Dollar yeni həftəyə belə başlayacaq 14 Avqust 2020, 18:17 Azərbaycanın dövlət büdcəsində kəsir yarandı 14 Avqust 2020, 18:10 Müdafiə Nazirliyindən ermənilərin “Gəncəni vurarıq” təhdidinə REAKSİYA 14 Avqust 2020, 18:05 Səfir: “Türkiyə ilə Azərbaycanın düşmənləri kimdirsə, baxıb qısqansınlar” – MÜSAHİBƏ 14 Avqust 2020, 17:59 Naqif Həmzəyev: Türkiyənin Minsk Qrupu həmsədrləri sırasına daxil edilməsi ən optimal variantdır 14 Avqust 2020, 17:54 Vahid Əhmədov seçicilərini onlayn qəbul edib 14 Avqust 2020, 17:48 Ceyhun Bayramov Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycandakı səfiri ilə görüşdü 14 Avqust 2020, 17:42 Bərdədə qətl törədən şəxsin cinayət işi məhkəməyə göndərildi 14 Avqust 2020, 17:36 Daha 400 Taliban döyüşçüsü azadlığa buraxıldı 14 Avqust 2020, 17:30 Nazirlik “Qanun” nəşriyyatından video YAYDI 14 Avqust 2020, 17:24 Azərbaycanda daha 103 nəfər koronavirusa yoluxdu - 3 nəfər öldü 14 Avqust 2020, 17:18 ABŞ Venesuelaya gedən İran tankerlərindən yanacağı müsadirə etdi  14 Avqust 2020, 17:12 Türkiyədə axtarışa verilən 2 terrorçu məhv edildi 14 Avqust 2020, 17:11 Kanadada vətəndaşlar baş naziri və hökuməti hədələyirlər 14 Avqust 2020, 17:10 Polisdən vətəndaşlara Məhərrəm ayı və Aşura günü XƏBƏRDARLIĞI 14 Avqust 2020, 17:04 Belarus müxalifəti hakimiyyəti təhvil almaq üçün Koordinasiya Şurası YARATDI 14 Avqust 2020, 16:58 Əli Əsədov yeni vəzifəsində ilk tapşırığını verdi 14 Avqust 2020, 16:52 Oqtay Şirəliyev xaricdən gələn həkimlərlə görüşdü 14 Avqust 2020, 16:46 DİN-dən Şahbaz Xuduoğlunun iddialarına CAVAB 14 Avqust 2020, 16:40 15 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarıldı - FOTOLAR 14 Avqust 2020, 16:34 Tələbələrin köçürülməsi qaydası açıqlandı 14 Avqust 2020, 16:28 Sayğaclara müdaxilə etmək mümkündür? - "Azərişıq"dan açıqlama 14 Avqust 2020, 16:22 “İtaliya mətbuatında ermənilərin növbəti yalanları ifşa olunub”  14 Avqust 2020, 16:16 Nişan mərasimi keçirənlərin işi məhkəməyə göndərildi 14 Avqust 2020, 16:10 13 erməni öldü, 300-dən çoxu yaralandı - RƏSMİ 14 Avqust 2020, 16:04 Azərbaycanda yüksək vəzifəli məmur işdən çıxarıldı 14 Avqust 2020, 16:03 Tələbələrin köçürülməsinin vaxtı açıqlandı   14 Avqust 2020, 15:58