Modern.az

Polis daha 57 şübhəlini SAXLADI

Polis daha 57 şübhəlini SAXLADI

16 Dekabr 2019, 12:00

Daxili İşlər Nazirliyi (DİN) 2019-cu il dekabr ayının 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumatı açıqlayıb.

 

DİN-in Mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, respublikanın daxili işlər orqanları tərəfindən, 2 gün ərzində törədilmiş 36 cinayətin üstü “isti izlər”lə açılıb, əvvəlki dövrlərdən bağlı qalmış 9 cinayətin açılması təmin olunub.

 

Axtarışda olduğuna görə ümumilikdə 21 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 10 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Məlumata görə, respublikanın avtomobil yollarında 4 ağır yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.

 

Bundan başqa, daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 16, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib, cinayət törətməkdə şübhəli bilinən 57 nəfər saxlanılıb.

 

T.İSMAYIL

 

 

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır