Modern.az

Rəfail Becanov: “Namizədlik olacaqsa, düşündüyüm dairələr var...”

Rəfail Becanov: “Namizədlik olacaqsa, düşündüyüm dairələr var...”

Media

18 Dekabr 2019, 09:30

2020-ci ilin 9 fevralında keçiriləcək növbədənkənar parlament seçkilərində namizədlərin irəli sürülməsi prosesi davam edir. Tanınmış media nümayəndələrinin də seçkilərlə bağlı planları var.

“Cümhuriyət” qəzetinin baş redaktoru, Cebhe.info xəbər portalını baş direktoru Rəfail Becanov Modern.az-a açıqlamasında seçkilərdə iştirak etmək niyyətində olduğunu bildirib.

- Rəfail bəy, siz də namizədliyinizi irəli sürmək istəyirdiniz? Planlarınızı dəyişməyib ki?

- Ümumilikdə hesab edirəm ki, parlament seçkilərinə qatılmaqla seçki prosesinə töhfə vermək mümkündür. Ölkədə gedən islahatlar fonunda parlamentin tərkibinin dəyişilməsi də zəruri idi. Artıq seçki prosesi başlayıb, namizədlərin irəli sürülməsinin qeydiyyatı davam edir. Bizim də niyyətimiz dəyişməyib. Düşünürəm ki, seçkilərdə iştirak edim.

- Hansı dairədən namizəd olmaq qərarına gəlmisiz?

- Düşündüyüm dairələr var. İlk növbədə 69 saylı Cəlilabad-Masallı-Biləsuvar və 72 saylı Yardımlı-Masallı seçki dairələri ilə bağlı araşdırmalar aparıram. Namizədliklə bağlı fikrim qətiləşərsə, bu dairələrin birini seçməyi planlaşdırıram.

- Millət vəkili olmaq şanslarınızı necə qiymətləndirirsiniz?

- Seçilmək şansdan yox, seçicinin etimadından, dövlətə və millətə xidmət etməkdən, seçki kampaniyasından asılıdır. Mən inanclı insanlardanam. Ona görə də düşünürəm ki, qismətdə nə varsa, o olacaq. Seçicilər etimad göstərəcəksə, mən də o etimadı doğrultmağa çalışacam. Dövlətimizin güclənməsinə, əmin-amalığın, stabillik və sabitliyin qorunub saxlanmasına bacardığım qədər kömək edəcəm.

Whatsapp
Bizə yazın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar