Arxiv
26 Dekabr 2019, 14:20 |
Nazir Cəlil Məmmədquluzadənin ev-muzeyinə baş çəkdi

Mədəniyyət naziri Əbülfəs Qarayev dekabrın 25-də böyük yazıçı-dramaturq, publisist, naşir, ictimai xadim Cəlil Məmmədquluzadənin (1869-1932) Bakıdakı ev-muzeyinin əsaslı təmirdən sonrakı vəziyyəti ilə tanış olub.

Mədəniyyət Nazirliyindən Modern.az -a verilən məlumata görə, Muzey işi və mədəni sərvətlərə nəzarət şöbəsinin müdiri Azadə Hüseynova, Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin rəisi Cəlil Məlikov muzeyin ekspozisiyası, burada görülən işlər barədə Əbülfəs Qarayevə məlumat veriblər. Bildirilib ki, təmirdən sonra muzeydə yeni ekspozisiyalar yaradılıb. Həmçinin üç (Azərbaycan, rus, ingilis) dildə təqdim olunan yeni İP texnoloji vasitə ilə muzeyə ekskursiya etmək mümkündür.

Diqqətə çatdırılıb ki, Cəlil Məmmədquluzadənin 1922-1932-ci illərdə yaşadığı mənzildə ömrünün ən çətin vaxtları keçib. Burada ev-muzeyin yaradılması haqqında qərar respublika hökuməti tərəfindən hələ 1976-cı ildə qəbul olunmuşdu. Muzeyin təntənəli açılışı ədibin anadan olmasının 125 illiyində, 1994-cü il dekabrın 28-də, ulu öndər Heydər Əliyevin iştirakı ilə gerçəkləşib.

Muzeyin birinci zalında C.Məmmədquluzadənin uşaqlıq və gənclik illərini əhatə edən eksponatlar nümayiş olunur. İkinci zal vaxtilə Məmmədquluzadələr ailəsinin qonaq otağı olub. Burada ailə həyatını əks etdirən ekspozisiya sərgilənir.

Ev-muzeyində həmçinin Xalq rəssamı Oqtay Sadıqzadənin müəllifi olduğu, əsli Naxçıvandakı Ədəbiyyat muzeyində saxlanılan əsər – yazıçının həyat yoldaşı Həmidə xanımla portreti yer alır.

Muzeyin daha bir zalı bütünlüklə görkəmli publisistin yaradıcılığını əks etdirir. Burada “Cəlil Məmmədquluzadə və Azərbaycan teatrı” guşəsi, "Molla Nəsrəddin" jurnallarının nüsxələri, jurnalın yayımı ilə bağlı qaimələr, yazıçının əlyazmaları, yazı masası, "Ölülər" tamaşasının 1916-cı ildə çap edilən afişa-proqramı nümayiş olunur. Muzeydə ümumilikdə 5432 eksponat qorunur.

Ev-muzey ilə tanış olan nazir Əbülfəs Qarayev buradakı ədəbiyyat nümunələrinə, “Molla Nəsrəddin" jurnallarının nüsxələrinə baxıb, təmir-bərpadan sonra muzeyə ziyarətçilərin sayı ilə maraqlanıb. Bildirib ki, yeni üslubda təqdim edilən ekspozisiya cəlbedicidir. Multimedia avadanlığının təqdimatı muzeyə gələnlərdə xoş təəssürat yaradır. Bu layihəni virtual ziyarət formatında da təqdim etmək olar. Muzey təkcə nümayiş üçün deyil, elmi-tədqiqat işinin aparılması üçün vacib məkandır.

Nazir muzeyin kollektivinə uğurlar arzulayıb və əməkdaşlarla xatirə şəkli çəkdirib.

BU KATEQORİYADAN OLAN DİGƏR XƏBƏRLƏR
+ Arxiv
Azad Rəhimovdan koronavirus açıqlaması: “Biz idmançılarımızı qorumalıyıq” 27 Fevral 2020, 12:35 Parlament seçkilərinin ən qalmaqallı və şəffaf DAİRƏLƏRİ - SİYAHI 27 Fevral 2020, 12:30 Azərbaycandan keçən koronaviruslu gürcü avtobusdakıları da yoluxdurub? 27 Fevral 2020, 12:28 İlham Əliyev Britaniya Baş Nazirinin ticarət elçisini qəbul etdi 27 Fevral 2020, 12:28 Əbülfəz Qarayev: Musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron qaydada aparılacaq 27 Fevral 2020, 12:26 Novruz bayramı ilə əlaqədar şənliklərin keçirilməsi hələ qüvvədədir - Dövlət Agentliyi 27 Fevral 2020, 12:20 Gürcüstan-Azərbaycan sərhədində 2 İran vətəndaşı Gürcüstana buraxılmadı - RƏSMİ 27 Fevral 2020, 12:14 Havalar istiləşsə, koronavirus azalacaq? 27 Fevral 2020, 12:09 Azərbaycanda ov fəaliyyətinin aparılmasına icazə verilən ərazilər AÇIQLANDI 27 Fevral 2020, 12:04 İranda koronavirusdan ölənlərin sayı 22-yə çatıb 27 Fevral 2020, 11:58 Tələbələrin köçürülməsinin NƏTİCƏLƏRİ 27 Fevral 2020, 11:57 QMİ-dən koronavirusa görə Həcc ziyarətinin dayandırılması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:51 Elmar Qasımov İstanbulda beynəlxalq tədbirə qatılıb 27 Fevral 2020, 11:46 Dövlət Turizm Agentliyi: “Koronavirus bazarımıza mənfi təsir edəcək” 27 Fevral 2020, 11:44 Azərbaycanda hotellərə ulduzların verilmə qaydası AÇIQLANDI 27 Fevral 2020, 11:38 Bu gündən növbəti “DOST xonçası” aksiyasına başlanır 27 Fevral 2020, 11:37 Heydər Əliyev Fondu sabiq icra başçısının gəlinin müalicəsini öz uzərinə götürdü 27 Fevral 2020, 11:34 Bilet əldə etmək ova icazə verilməsi demək deyil - NAZİRLİK 27 Fevral 2020, 11:28 Polis “Əmioğlu”nu həbs etdi - FOTO 27 Fevral 2020, 11:23 DSX-dən Azərbaycan-Gürcüstan sərhədinin bağlanması xəbərinə REAKSİYA 27 Fevral 2020, 11:18 Bir gündə yol qəzalarında 5 nəfər öldü - RƏSMİ 27 Fevral 2020, 11:14 Xocalıya görə təzminat: Hərbi Prokurorluq fərdi müraciəti məsləhət görür 27 Fevral 2020, 11:09 “Azərbaycan-Gürcüstan sərhədi bağlanmayıb” - Gömrük Komitəsi 27 Fevral 2020, 11:04 ““BakıKart” terminallarından “pulxırdalama” aparatı kimi istifadə oluna bilər”  27 Fevral 2020, 10:57 Gürcüstanda 4 Azərbaycan vətəndaşı koronavirus şübhəsilə nəzarətə GÖTÜRÜLDÜ 27 Fevral 2020, 10:55 Nazir Xətainin Bakıdakı heykəlinin köçürülməsindən DANIŞDI 27 Fevral 2020, 10:51 Gürcüstanda koronavirus tapılan şəxslə bağlı Nazirlikdən rəsmi AÇIQLAMA 27 Fevral 2020, 10:45 Bakı-Gürcüstan avtobuslarının gediş-gəliş dayandırılıb? - RƏSMİ 27 Fevral 2020, 10:39 Kapital Bank yenilənən Siyəzən filialını istifadəyə verdi 27 Fevral 2020, 10:32 Sabah Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI iclası keçiriləcək 27 Fevral 2020, 10:26 Səudiyyə Ərəbistan Ümrə ziyarətini dayandırdı 27 Fevral 2020, 10:23 ÜST: Koronavirusdan 2761 nəfər ölüb 27 Fevral 2020, 10:18 ABŞ Konqresində Xocalı soyqırımı qurbanları yad edildi - FOTO 27 Fevral 2020, 10:15 Bakıda kütləvi dava: Yaralılar var 27 Fevral 2020, 10:14 Gürcüstan Azərbaycana gediş-gəlişi qismən məhdudlaşdırdı 27 Fevral 2020, 10:11