Modern.az

Tibb Universitetin rektoru 35 xarici tələbəni ali məktəbdən qovub - QƏRAR

Tibb Universitetin rektoru 35 xarici tələbəni ali məktəbdən qovub - QƏRAR

Təhsil

30 Dekabr 2019, 10:16

35 əcnəbi tələbə Azərbaycan Tibb Universitetindən (ATU) xaric edilib.

 

 Bu barədə Modern.az-a Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib.

 

O bildirib ki, bu barədə qərar universitetin Rektor yanında İctimai Nəzarət Şurası tərəfindən çıxarılıb.

 

Onlar universitetlə müqavilə şərtlərini pozduqlarına görə, konkret olaraq 2019-2020-ci tədris il üçün müəyyən edilmiş təhsil haqqını ödəmədikləri üçün ATU-dan xaric ediliblər.

 

Bundan əlavə, təhsil haqqının tam ödənilməsi üçün 9 tələbəyə yanvarın 15-dək müddət verilib. Bu tələbələr indiyədək təhsil haqqının yalnız bir qismini ödəyiblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir