Modern.az

“Düşmən 2019-cu ildə nəzarətdə saxladığı əraziləri itirib” – Hərbi ekspert 

“Düşmən 2019-cu ildə nəzarətdə saxladığı əraziləri itirib” – Hərbi ekspert 

Qarabağ

30 Dekabr 2019, 17:00

Azərbaycanın işğal olunmuş ərazilərində yaradılan qondarma rejimin “hərbi nazirliyi” ilin yekunları haqqında hesabatla çıxış edib. Həmin hesabatda 2019-cu ilin son 10 ildə atəşkəs rejiminin pozulmasına hallarına görə ən sakit il kimi dəyərləndirib. Düşmən tərəfi istər atıcı silahlar, istər diversiya və texnikadan istifadə hallarının Qarabağ istiqamətində ötən dövrlə müqayisədə qat-qat az olduğunu açıqlayıb.  

 

Modern.az-a bu barədə danışan hərbi ekspert Üzeyir Cəfərov isə əksini düşünür. O hesab edir ki, 2019-cu il erməni ordusu üçün heç də uğurlu il olmayıb:

“Ermənilərin dediklərinə bu dəfə də inanmıram. Ona görə ki, 2019-cu ildə də ermənilərin döyüş bölgəsində ciddi problemləri oldu. Qazax istiqamətində uzun illər nəzarətdə saxladıqları əraziləri itirdilər. Azərbaycan Dövlət Sərhəd Xidmətinin əsgərləri ağıllı, taktiki gediş edib, o əraziləri bizim nəzarətimizə qaytardılar. 2019-cu ilin yekunlarına həsr olunmuş iclasda da bu Ali Baş Komandan İlham Əliyev tərəfindən qeyd olundu. Əlavə olaraq, 2019-cu ildə erməni ordusunun intiharları, vəzifədən qovulanları, itkiləri və s. olub”.

 

Atəşkəsin pozulmasının azlığına gəlincə isə, Ü. Cəfərov xüsusi qeyd edib ki, Azərbaycan ordusu yalnız düşmənin təxribatına cavab verir:

“Ordunun qarşısına hansısa tapşırıq qoyulmamışdı ki, hücuma keçsin, düşməni cəzalandırsın. Azərbaycan siyasi rəhbərliyi hələlik gözləyir, beynəlxalq təşkilatlar qətnamələrə əməl edilməsini tələb etsin. Amma Ermənistan sakitliyin uzun müddət davam edəcəyini heç düşünməsinlər. Çünki Qarabağ işğaldan azad edilməlidir. Bu birmənalı olaraq, Azərbaycan tərəfinin tələbidir. Beynəlxalq təşkilatlar da görürlər ki, Azərbaycan bu məsələdə israrlıdır”.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?